Bu ölkənin prezidentini öldürmək istədilər – VİDEO+FOTO

print
Avqustun 5-də Venesuela prezidenti Nikolas Maduroya qarşı sui-qəsd cəhdi edilib.

TASS agentliyinə istinadən verilən məlumata görə, Maduro Milli Qvardiyanın yaranmasının 81-ci ildönümünə həsr olunmuş mərasimdə çıxışı zamanı tribunaya doğru pilotsuz uçan aparat yönəlib. Lakin polisin çevikliyi nəticəsində PUA vaxtında zərərsizləşdirilib.

Hadisə nəticəsində ölkə prezidenti və digər yüksək vəzifəli şəxslər xəsarət almayıblar.

Qeyd olunur ki, mərasimin bir neçə iştirakçısı yaralanıb.

N. Maduro onun həyatına sui-qəsd cəhdində kolumbiyalı həmkarı Xuan Manuel Santosu təqsirləndirilib. Bu barədə o, xalqa müraciətində bildirib.

Venesula prezidenti həmçinin qeyd edib ki, insidentdə şübhəli bilinən bir neçə nəfər saxlanılıb. (Qafqazinfo)


Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up