Türkiyədə dolların məzənnəsində rekord: 5 TL

print
Bir neçə dəqiqə öncə Türkiyə birjalarında ABŞ dollarının məzənnəsi tarixi rekordunu yeniləyib.
Türkiyəyə qarşı sanksiya xəbərindən sonra ABŞ dolları psixoloji həddi keçib. Hazırda 1 ABŞ dolları Türkiyə birjalarında 5,00 lirəyə satılır.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı sanksiyalar tətbiq edib. Bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders bəyan edib.
Onun sözlərinə görə, sanksiyalar Türkiyədə həbsxanada olan rahib Endryü Bransonla bağlıdır.

S. Sanders qeyd edib ki, nazirlərin ABŞ-ın yurisdiksiyasına olan bütün hesabları və aktivləri dondurulub.

Xatırladaq ki, rahib Endryü Branson FETÖ cinayətindən tutulub. 35 il həbsi istənilən rahib haqqında “ev dustaqlığı” qərarı verilib.


Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up