Qazaxda erməni kəşfiyyatçı tutuldu

print
İyulun 15-də səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb. İtkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb.

Özünün bildirdiyinə görə o, 1984-cü il təvəllüdlü Karen Kazaryandır.

Hadisə zamanı Azərbaycan Ordusunun bölmələri itki verməyib.


Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up