Bürünc mükafatı Belçika futbolçuları qazandı – VİDEO

print
Bu gün Rusiyada keçirilən dünya çempionatında daha bir oyun keçirilib.
3-cü yer uğrunda qarşılaşma baş tutub.
Sankt-Peterburqda keçirilən görüşdə Belçika ilə İngiltərə üz-üzə gəlib. Bürünc medal uğrunda mübarizədə belçikalılar qələbə qazanıb. Roberto Martinesin yetirmələri hər hissədə bir top vuraraq 3-cü yerin sahibi olub.
Beləliklə, heyəti ulduzlardan təşkil olunmasına baxmayaraq, yarımfinalda Fransa səddinə ilişən Belçika 3-cü yeri tutmaqla təsəlli tapıb. Gənc oyunçulardan qurulan ingilislər isə Xorvatiyanın ardından Belçikaya da uduzub və Qaret Sautqeytin komandası çempionatı medalsız başa vurub.
Dünya çempionatı
3-cü yer uğrunda oyun
14 iyul
Belçika – İngiltərə – 2:0
Qollar: Tomas Menye, 4, Eden Azar, 82
Sarı vərəqələr: Con Stounz, 52, Harri Maquayr, 78, Aksel Vitsel, 90
Baş hakim: Alireza Faqani (İran)
Sankt-Peterburq. Şəhər stadionu
Scroll Up