Şənbə, İyul 14th, 2018

now browsing by day

 

Bürünc mükafatı Belçika futbolçuları qazandı – VİDEO

Bu gün Rusiyada keçirilən dünya çempionatında daha bir oyun keçirilib. 3-cü yer uğrunda qarşılaşma baş tutub. Sankt-Peterburqda keçirilən görüşdə Belçika ilə İngiltərə üz-üzə gəlib. Bürünc medal uğrunda mübarizədə belçikalılar qələbə qazanıb. Roberto Martinesin yetirmələri hər hissədə bir top vuraraq 3-cü yerin sahibi olub. Beləliklə, heyəti ulduzlardan təşkil olunmasına baxmayaraq, yarımfinaldaRead the Rest…


Emin Ağalarov evləndi – FOTO

Azərbaycanın xalq artisti Emin Ağalarov bir müddətdir bərabər olduğu sevgilisi, məşhur model Alyona Qavrilovayla evlənib. Dünya şöhrətli ulduzların iştirak etdiyi toy mərasimi iyul ayının 14-də Ağalarovların Moskvadakı malikanəsində keçirilib. Təntənəli toy mərasimində Rusiya səhnəsinin məhur simaları ilə yanaşı, müxtəlif ölkələrdən məşhur sənət adamları, biznesmenlər iştirak ediblər. Qonaqlar içərisində Valeri Meladze,Read the Rest…


Zakir Həsənov xidməti müşavirə keçirdi – FOTO

İyulun 14-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, eləcə də birlik komandirləri ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsulRead the Rest…


Gəncə hadisələrinə görə daha 3 nəfər həbs olundu – FOTO

Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində 2018-ci il iyulun 3-də Gəncə şəhərində törədilmiş terror aktında iştirakda təqsirləndirilən Əliyev Akif İsmayıl oğlu həbs edilib. Əliyev Akif İsmayıl oğlu 1966-cı ildə Ermənistan SSR-də anadan olub. Azərbaycan Respublikasının vətəndaşıdır. Bundan başqa 2018-ci il iyulun 10-da Gəncə şəhərində baş vermiş cinayət hadisəsinin aktiv iştirakçıları ƏliyevRead the Rest…


TAP-ın İtaliya hissəsinin tikintisi dayandırıldı

Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin İtaliya marşrutunun inşası işləri yenidən dayandırılıb. Bu barədə AZƏRTAC-a eksklüziv açıqlamasında boru kəmərinin operatoru olan TAP AG şirkətinin kommunikasiya rəhbəri Lisa Givert deyib. Lisa Givert qeyd edib ki, 2015-ci il mayın 20-də İtaliyanın İqtisadiyyat Nazirliyi tərəfindən verilən əsas icazə sənədinəRead the Rest…


Dünya çempionatı: bu gün 3-cü yerin sahibi müəyyənləşəcək

Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatında üçüncü yerin sahibi iyulun 14-də müəyyənləşəcək. Mundialın yarımfinalında məğlub olan Belçika və İngiltərə milliləri Bakı vaxtı ilə saat 18:00-da bürünc medallar uğrunda üz-üzə gələcəklər. Sankt-Peterburq şəhər stadionunda oynanılacaq görüşü iranlı referi Əlireza Faqani idarə edəcək. Hər iki komanda dünya çempionatlarında ikinci dəfədir ki,Read the Rest…


İstanbulda açılacaq yeni aeroportdan ilk uçuş Azərbaycana olacaq

“Türk Hava Yolları” (THY) İstanbulda açılacaq yeni aeroportdan ilk uçuşunu Azərbaycana edəcək. “Hurriyet.com.tr” saytına istinadla xəbər verilir ki, bu barədə THY-nin baş direktoru Bilal Ekşi bildirib. Onun sözlərinə görə, oktyabrın sonlarında açılacaq Üçüncü İstanbul Hava Limanından ilk daxili uçuş Ankaraya, ilk beynəlxalq uçuş isə Azərbaycan və Şimali Kipr Türk RespublikasınaRead the Rest…


Nazim Hikmətin çəkdiyi – Rəsmlər

Nazim Hikmətin şairlikdən başqa rəsm qabiliyyəti də vardı. Bu qabiliyyət ona anasından keçmişdi. Anası Cəlilə xanım o zamanların rəssamlarından idi və bu istedadını oğluna da keçirə bilmişdi. Nazim Hikmət şeir yaza bilmədiyi vaxtlar kətan üzərində rəsmlər çəkməklə özünü ovudub. Bir vaxtlar rəssam dostu Abidin Dinoya dediyi kimi, bəlkə də burdaRead the Rest…


© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up