Loading

wait a moment

İlk finalçı Fransa oldu – FOTO+VİDEO

print
Bu gün dünya çempionatında ilk finalçı müəyyənləşib.
İlk yarımfinal matçında Fransa və Belçika yığmaları üz-üzə gəlib. Oyunda bir qol vurulub və Fransa adını finala yazdırıb.
Qeyd edək ki, komandalar bu vaxta qədər dünya çempionatlarında 2 dəfə qarşılaşmışdı. Hər iki görüş fransızların qələbəsi ilə yekunlaşmışdı. Fransa 1938-ci il dünya çempionatının 1/8 finalında Belçikanı 3:1 hesabı ilə məğlub etmişdi. Belçika və Fransa yığmaları 1986-cı il mundialında 3-cü yer uğrunda görüşdə münasibətlərə aydınlıq gətiriblər. Bu qarşılaşmada fransızlar rəqibini 4:2 hesabı ilə məğlub etməyi bacarmışdı.
Belçika tarixi ərzində ikinci dəfə yarımfinal oyununa çıxıb. Komanda ilk dəfə 1986-cı ildə bu mərhələdə iştirak etmiş və həmin mundialın qalibi olan Argentinaya 0:2 hesabı ilə uduzmuşdu.
1998-ci dünya çempionatının qalibi olan Fransa isə 6-cı dəfə yarımfinal matçına çıxıb. 1958, 1982 və 1986-cı il mundiallarında məğlub olan komanda, 1998 və 2006-cı ildə finala vəsiqə qaza bilmişdi.
Qeyd edək ki, digər yarımfinal oyunu sabah İngiltərə və Xorvatiya arasında keçiriləcək.
DÇ-2018
1/2 final
10 iyun
Fransa – Belçika 1:0
Qol: Samuel Umtiti, 51.
Fransa: 1. Uqo Loris (k), 2. Benjamin Pavar, 4. Rafael Varan, 5. Samuel Umtiti, 6. Pol Poqba, 7. Antoine Qrizmann, 9. Olivye Jiru (15. Stiven Nzonzi, 85), 10. Kilian Mbappe, 13. Nqolo Kante, 21. Lukas Ernandes, 14. Blez Matuidi (12. Korentin Tolisso, 86).
Ehtiyat oyunçular: 16. Stiv Mandanda, 23. Alfons Areola, 3. Prenel Kimpembe, 8. Toma Lemar, 17. Adil Rami, 19. Cibril Sidibe, 20. Florian Toven, 22. Benjamin Mendi, 18. Nabil Fekir, 11. Usman Dembele.
Baş məşqçi: Didye Deşam.
Belçika: 1. Tibo Kurtua, 2. Tobi Alderveyreld, 4. Vensan Kompani, 5. Yan Vertongen, 6. Aksel Vitsel, 7. Kevin De Bruyne, 8. Maruan Fellaini (11. Yannik Karrasko, 80), 9. Romelu Lukaku, 10. Eden Hazard (k), 22. Naser Şadli (21. Mişi Batşuayi, 90+1), 19. Mussa Dembele (14. Dris Mertens, 60).
Ehtiyat oyunçular: 12. Simon Minyole, 13. Koen Kastels, 16. Torqan Hazard, 18. Adnan Yanuzay, 15. Tomas Meunier, 20. Dedrik Boyata, 23. Leander Dendonker, 17. Turi Tilemans, 3. Tomas Vermalen.
Baş məşqçi: Roberto Martines.
Sarı vərəqələr: Nqolo Kante, 87. Kilian Mbappe, 90+3 – Eden Hazard, 63. Tobi Alderveyreld, 71.
Hakimlər: Andres Kunya, Nikolas Taran, Maurisio Espinoza (Uruqvay) Sezar Ramos (Meksika).
Sankt Peterburq. “Sankt-Peterburq” stadionu. (Qaynarinfo)

Scroll Up