Adnan Oktar həbs olundu – FOTO

print
Türkiyədə Harun Yahya adı ilə tanınan Adnan Oktar saxlanılıb. 

Bu gün səhər saatlarında saxlanılan Oktarla yanaşı onun 235 tərəfdarı da həbs olunub.

O, kiçik qız uşaqlarına təcavüz və mütəşəkkil cinayətlər, çirkli pulların yuyulması, casusluq, şəxsi həyatın gizliliyini pozma, rəsmi sənədləri saxtalaşdırma, terrorla mübarizə qanununa zidd getmə, şantaj, böhtan, yalançı şahidlik, korrupsiya, təhsil və təhsil hüquqlarının əngəllənməsi, dələduzluqda ittiham olunur.

Xüsusi əməliyyat zamanı çox sayda silah, gülləkeçirməz köynək və zirehli maşınlar da ələ keçirilib.

Adnan Oktar həbs olundu

Türkiyədə səhər saatlarında xüsusi əməliyyatla saxlanılan Adnan Oktarın görüntüləri yayılıb.

Oktar polis bölməsinə qandallanaraq aparılıb. Onunla birgə saxlanılaraq bölməyə aparılanlar arasında qadınlar da var. Bildirilir ki, onlar sağlamlıq müayinəsindən keçdikdən sonra dindirilmək üçün idarəyə aparılacaqlar.

Qeyd edək ki, İstanbul daxil olmaqla, eyni zamanda 120 bölgədə 4  ünvanda keçirilən xüsusi əməliyyata  vertolyotlar, onlarla maşın cəlb edilib. Adnan Oktarla yanaşı 235 müridi də saxlanılıb. O, 10-dan çox cinayət maddəsi ilə ittiham edilir. (Qafqazinfo)







Scroll Up