Türkiyə prezidenti yeni kabineti açıqladı – siyahı

print
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezidentli respublika idarəetmə sisteminin ilk nazirlər kabinetini açıqlayıb.

Türkiyə tarixində ilk dəfə təsis edilən vitse-prezident postuna Fuad Oqtay təyin edilib.

Kabinetin tərkibi aşağıdakı kimidir:

– Ədliyyə naziri – Əbdülhəmid Gül

– Əmək, sosial xidmətlər və ailə naziri – Zəhra Zümrüd Səlcuq

– Ətraf mühit və şəhərsalma naziri – Murat Qurum

– Xarici işlər naziri – Mövlud Çavuşoğlu

– Energetika və təbii sərvətlər naziri – Fatih Dönməz

– Gənclər və idman naziri – Mehmet Kasapoğlu

– Xəzinədarlıq və maliyyə naziri – Bərat Albayraq

– Daxili işlər naziri – Süleyman Soylu

– Mədəniyyət və turizm naziri – Mehmet Ersoy

– Milli təhsil naziri – Ziya Səlcuq

– Milli müdafiə naziri – Hulusi Akar

– Səhiyyə naziri – Fəxrəddin Qoca

– Sənaye və texnologiya naziri – Mustafa Varank

– Kənd təsərrüfatı və meşə naziri  – Bəkir Pakdəmirli

– Ticarət naziri – Ruhsar Pekcan

– Nəqliyyat və infrastruktur naziri – Cahid Turan

Qeyd edək ki, Milli Müdafiə naziri postuna gətirilən Hulusi Akar buna qədər Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının komandanı idi. Xəzinədarlıq və maliyyə naziri Bərat Albayraq isə Enerji və təbii sərvətlər naziri vəzifəsini icra edirdi.


Scroll Up