Loading

wait a moment

“Barselona” braziliyalı futbolçunu transfer etdi

print
“Barselona” Braziliyanın “Qremio” klubundan Artur Ramosu transfer edib.
Kataloniya klubunun rəsmi saytına istinadən xəbər verilir ki, 21 yaşlı futbolçu üçün braziliyalılara 31 milyon avro ödəniləcək. “Qremio” futbolçunun performansına uyğun olaraq daha 9 milyon avro bonus əldə edə bilər.
“Barselona” 6 illik müqavilə imzaladığı Artur üçün 400 milyon avro sərbəst qalma qiyməti qoyub. (Qaynarinfo)
Scroll Up