Abbas Abbasovun oğlu Aydın Abbasovu niyə erməni sözü qıcıqlandırdı?

print
Xəbər verildiyi kimi,  Rusiya Federasiyasının vətəndaşı olan Yunus Səfərov adlı şəxs iyul ayının 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açıb.

Əslində bu xəbərin özü adi bir kriminal xəbəri olsa da sıradan bir xəbər deyildi, çünki elə həmin günə başlarkən, təxminən 00.50 radələrində Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasında qəza baş verdi, Bakı və Sumqayıt şəhərləri də daxil olmaqla, Şirvan, Gəncə, Ağdaş, Bərdə, Qax, Zaqatala və digər əksər rayonlarda işıqlar söndü.

Bütün bu şok effekti yaradan hadisələrdən sonra Azərbaycanın 2-ci böyük şəhərinin icra başçısına edilən sui-qəsdin özündə də sanki bir şok effekti var idi. İlk baxışdan çoxları belə bir vesiya irəli sürdülər ki, Mingəçevir partlayışı ilə Elmar Vəliyevə qarşı edilən sui-qəsd eyni ssenari əsasında həyata keçirilib və məqsədi ölkənin stabil həyatını pozmaq, çaxnaşma yaratmaqdır. Ancaq səhərisi aydın oldu ki, o iki xoşagəlməz olayların bir-biriylə heç bir bağlılığı yoxdur.

Son 3 gün ərzində isə Elmar Vəliyev olayına müxtəlif prizmalardan müxtəlif qiymət verənlər tapıldı. Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirdi ki, bu, adi bir kriminal hadisəsidir. Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti isə bu açıqlamanı rəsmi şəkildə təsdiq etdi və açıqladı ki, Yunus Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirilən, əvvəlcədən planlaşdırılmış terror aktıdır: “O, 2016-cı ildə İran İslam Respublikasına gedərək 8 ay Qum şəhərində yaşamış və bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib. 2017-ci ildə isə Azərbaycana qayıdaraq Gəncə şəhərinə gəlmiş, həmin ilin iyun ayında odlu silah əldə etmək üçün “Kapitalbank”ın Gəncə  filialında postda duran polis əməkdaşına hücum edib, başına küt alətlə xəsarət yetirərək “Makarov” markalı xidməti tapançasını ələ keçirib. Bundan sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi öldürmək məqsədilə 2018-ci ilin yanvar ayında Elmar Vəliyevi izləyib, şübhəli davranışı polis əməkdaşının diqqətini cəlb etdiyindən həmin tapançadan atəş açaraq onu yaralayıb hadisə yerindən qaçıb. Cari il iyul ayının 3-də isə Gəncə şəhər İcra Hakimiyyətinin qarşısına gələrək, qeyd olunduğu kimi, Elmar Vəliyevi və onun yanında olan polis əməkdaşını qətlə yetirməyə cəhd edib”.

İcra başçısının qardaşı, respublikanın hərbi prokuroru Xanlar Vəliyev mətbuata açıqlamasında bildirib ki, Yunus Səfərov və onun anası ermənidirlər və Rusiya xüsusi xidmət orqanlarına çalışırlar.

Ölkənin vəzifəli bir məmurunun belə açıqlaması heç də adi bir açıqlamaya bənzəmir. Deməli, bu ifadələrin hansısa mənbəyə söykənəcəyi var.

Maraqlısı budur ki, Xanlar Vəliyevin iddialı danışması Gəncənin sabiq deputatı, Abbas Abbasovun oğlu Aydın Abbasovu bərk qıcıqlandırıb və  düşmənçilik münasibətində olduqları Elmar Vəliyevin vurulmasına iki bənd şeirlə münasibət bildirib.

Əslində o misralarda nəyin yazılmasını çözmək kimi bir niyyətimiz yoxdur.  Çünki bir insan nifrət etdiyi bir insana xoş sözlərlə dolu şeir yazmaz. Burda maraqlı məqam budur ki, sanki ölkəni çalxalayan bu sui-qəsd olayında niyə məhz Aydın Abbasov özünü mərmi kimi önə çıxarıb?

Bu sualın cavabını tapmaq üçün isə heç də tarix nadir kitabını oxumaq lazım deyil. Sadəcə sabiq deputatın atası Abbas Abbasov haqda mediada yazılanlara göz gəzdirmək kifayət edər.

Deməli, Aydın Abbasovu qıcıqlandıran məqam onların da bir tərəfinin erməni millətindən olmağıdır.

Mediada oxuyuruq ki, Baş nazirin sabiq 1-ci müavini Abbas Abbasovun 1924-cü il Şəmkir rayonunun Borum kəndində doğulmuş erməni qaynanası Göharik Voskanovnanın adı sonradan Gövhər olaraq dəyişdirilib və o, Gəncə şəhərində həyat yoldaşı Nobil Quluyevin yanında dəfn olunub. Ancaq deyilənə görə, Göharik vəfat etmədən öncə, erməni qohumlarının adlarını sadalayıb və Ermənistanda dəfn olunmağını vəsiyyət edib. Abbas Abbasovun  erməni həyat yoldaşı Bella Abbasova Nobilovnanın da adı dəyişdirilərək Bilqeyisə çevrilib.

Yəqin Aydın Abbasov bu informasiyaları çoxdan qan yaddaşına yazıb və keçmişiylə barışıb. Barışmasaydı, deputatlıq dövründə bir dəfə də olsun istər Milli Məclisdə, istərsə də kütləvi informasiya vasitələrində o dəlilləri inkar edəcək bir sübut gətirərdi…

Abbas Abbasova tutarlı cavabı isə Yexlax rayonunun adi bir oxucusu belə verib: “Sən ölkənə xəyanət edən erməni yeznəsisən, Elmar Vəliyev isə dövlətə sədaqətli, etibarlı bir dövlət məmurudur. Sən yıxılana balta vuran adamsan. Elmar Vəliyev yenə sağalıb dövlətə xidmət edəcək”.

P.S. Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

www.assanews.com saytının analitik qrupu

Scroll Up