A member of security stands guard next to Leonardo da Vinci's 'Salvator Mundi' painting after it was unveiled in Hong Kong on October 13, 2017. / AFP PHOTO / Anthony WALLACE / RESTRICTED TO EDITORIAL USE - MANDATORY MENTION OF THE ARTIST UPON PUBLICATION - TO ILLUSTRATE THE EVENT AS SPECIFIED IN THE CAPTION (Photo credit should read ANTHONY WALLACE/AFP/Getty Images)

Dünyanın ən bahalı rəsmi sərgilənəcək

print
Sentyabrın 18- də Leonardo da Vincinin İsa peyğəmbərin tablosunu yaratdığı məşhur “Salvator Mundi” (“Dünyanın xilaskarı”) əsəri Birləşmiş Ərəb Əmirliyinin Luvr Əbu Dabi muzeyində  nümayiş olunacaq.

Türk saytlarına istinadən verilən xəbərə görə, əsərin gələn il Parisdəki Luvr muzeyində nümayişi də gözlənilir.

500 illik tarixə malik “Salvator Mundi” 2017-ci ildə Nyu-Yorkda hərrac zamanı 450,3 milyon dollara satılaraq, dünyanın ən bahalı əsəri adını qazanıb.

Qeyd edək ki, əsər 1958-ci ildə Londonda keçirilən hərrac zamanı 60 dollara satılıb. O zaman əsərin müəllifinin Leonardo da Vinçi olduğu məlum olmayıb. 1519-ci ildə vəfat edən dahi rəssamın 20 əsəri bu günümüzə gəlib çatıb. (Kulis.az)