Loading

wait a moment

İlham Əliyev Ərdoğanı təbrik etdi

print
Azərbaycan prezidenti İlham Əliyev iyunun 24-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı seçkilərdə əldə etdiyi inamlı qələbə münasibətilə təbrik edib.
İlham Əliyev qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə daha da inkişaf edib, iqtisadi sahədə böyük uğurlar qazanıb, beynəlxalq aləmdə mövqeləri daha da möhkəmlənib. Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğana Türkiyə xalqının firavanlığı və inkişafı naminə yeni uğurlar arzulayıb.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanı Azərbaycan Respublikasına rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul edilib.
Qeyd edək ki, Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkilərində səsvermə prosesi başa çatıb.

Bakı vaxtı ilə saat 18.00-da seçki məntəqələri bağlanıb. Bundan sonra səslərin sayılması prosesinə sart verilib.
Prezidentlik uğrunda Ədalət və İnkişaf Partiyası (AK Part) və MHP-nin “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan, CHP-nin namizədi Məhərrəm İncə, HDP-dən Səlahəddin Dəmirtaş, “İYİ” Partiyasının rəhbəri Maral Akşenər, Səadət Partiyasının sədri Təməl Karamollaoğlu və Vətən Partiyasından Doğu Perinçek mübarizə aparıb.
Seçkinin nəticəsində ölkəni 5 illik idarə edəcək prezident və 600 millət vəkili müəyyənləşdiriləcək. Parlament seçkilərində “Cümhur İttifaqı” (AKP və MHP), “Millət İttifaqı” (CHP, Səadət Partiyası, İYİ Partiya), HÜDO PAR, Vətən Partiyası və HDP iştirak edib.
Sayılan səslər 
Prezident seçkiləri (83.45 faiz)
1. Rəcəb Tayyib Ərdoğan – 53.90 faiz
2. Məhərrəm İncə – 30.00 faiz
3. Meral Akşener – 7.40 faiz
4. Səlahəddin Dəmirtaş – 7.30 faiz
5. Təməl Karamollaoğlu – 0.90 faiz
6. Doğu Perinçek – 0.10 faiz
Parlament seçkiləri (79.12)
1. Cümhur İttifaqı – 55.21 faiz
2. Millət İttifaqı – 33.18 faiz
3. HDP – 10.33 faiz
4. HÜDO PAR – 0.22 faiz
5. Vətən Partiyası – 0.14 faiz
Scroll Up