Bu ərzaqlardan mütəmadi yeyin – ömrünüzü uzadacaq

print
Ömrünüzü uzadacaq ərzaqları sizə təqdim edirik:

Qoz – ürək xəstəliklərinə, xərçəngə qarşı mübarizə aparır. Bağərsaqdakı bakteriyaları məhv edir.

Yulaf – qanın tərkibində şəkərin miqdarını azaldır. Mədə şirəsi turşuluğuna, həzm prosesinə faydalıdır. Bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır. Qəbz və ishal vəziyyətlərində də faydalıdır.

Sarımsaq – Orqanizmdə zərərli maddələrin fəaliyyətini azaldır, damarları genişləndirir, qan təzyiqini azaldır, ürək əzələlərinin və beyin hüceyrələrinin funksiyasını dəstəkləyir. Sarımsaq xərçəng xəstəliyinə yoluxma riskini azaldır.

Alma – tərkibində pektin, antioksidant kvertsetin, dəmir və yod var. Müntəzəm olaraq alma qəbul etmək orqanizmi təmizləyir, xolesterinin səviyyəsini aşağı salır. Ürək-damar və xərçəng xəstəlikləri riskini də azaldır.

Qəhvə – qəribə gəlsə də, ölüm riskini azaldır.

Acı şokolad – təzyiqi normada saxlayır, ürəyə çox faydalıdır

Scroll Up