Əliyev, Ərdoğan və Marqvelaşvili TANAP-ın açılışında bir araya gələcək

print
Trans-Anadolu qaz kəmərinin (TANAP) açılış mərasiminin detalları məlum olub.
Türkiyə KİV-nə istinadən xəbər verilir ki, tədbir iyunun 12-si Əskişəhər Kompressor və Ölçü Stansiyasında baş tutacaq.
Enerji sahəsində gerçəkləşdirilən ən böyük qaz layihəsi olaraq bilinən və “Enerjinin İpək Yolu” adlandırılan TANAP-ın açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan prezidenti Georgi Marqvelaşvili iştirak edəcəklər.
TANAP Türkiyə-Gürcüstan sərhəddində yerləşən Ərdahan şəhərinin Posof rayonunun Türkgözü kəndindən başlayaraq, 20 şəhər və 67 rayondan keçəcək. Uzunluğu 850 kilometr olan xətt Yunanıstan sərhəddində yerləşən Ədirnə şəhərinin İpsala rayonunda başa çatacaq.
Qeyd edək ki, “Şahdəniz-2”  layihəsi çərçivəsində TANAP ilə illik 16 mlrd. Azərbaycan qazı nəql olunacaq. Bunun 6 mlrd. kubmetri Türkiyə, 10 mlrd. kubmetri Avropaya nəql ediləcək. (Qaynarinfo)

Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up