Bakıda “LİBRAFF Park Akademiya”nın açılışı oldu – VİDEO

print
Azərbaycanda ilk dəfə oxuculara satış ilə bərabər kitabxana xidməti də göstəriləcək.

Bakıda ən böyük “LİBRAFF” mağazasının açılışı oldu.

Metronun “Elmlər Akademiyası” stansiyası ilə üzbəüz yerləşən “LİBRAFF Park Akademiya”da Azərbaycan, rus, ingilis, türk və digər xarici dillərdə nəşrlərin olduğu zəngin kitabxana var.

Kitab mağazasında həm də Avropa-Azərbaycan cəmiyyəti – TEAS tərəfindən nəşr edilən Cümhuriyyətin 100 illiyinə həsr edilmiş kitabların sərgisi də təşkil edilmişdi.

Azərbaycanda ilk dəfə burada oxuculara satış ilə bərabər kitabxana xidməti də göstərəcək.

Milli Akademiyanın əməkdaşları, universitet tələbələri və şagirdlər, ümumiyyətlə, hər bir müsafir burada ən son nəşrlər ilə nəinki tanış ola, həmçinin onları mütaliə də edə biləcəklər.

Burada yerli və xarici müəlliflərin imza günləri və təqdimatlar keçiriləcək, kitabsevərlərin iştirakı ilə müzakirələr aparılacaq.

Açılışda çıxış edənlər kitaba sevginin artırılması üçün belə mərkəzlərin əhəmiyyətini vurğuladılar.

Scroll Up