Türkiyənin daha bir uğuru: YPG/PKK Menbiçdən çəkilir – ABŞ-da razılaşma

print
Vaşinqtonda Türkiyə Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Maykl Pompeo arasında keçirilən görüşdə YPG/PKK terror təşkilatının Suriyanın Menbiç şəhərindən çəkilməsi barədə razılaşma əldə olunub.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“İki nazir Menbiçdə təhlükəsizlik və sabitliyi təmin edəcək yol xəritəsini təsdiqlədi”, – nazirliyin açıqlamasında bildirilir.

M.Çavuşoğlu isə görüşdən dərhal sonra “Twitter” səhifəsində yazıb ki, müzakirələr bir saata yaxın davam edib: “Dövlət katibi Maykl Pompeo ilə görüşdə ikitərəfli əlaqələri, Menbiçlə bağlı “Yol xəritəsi” də daxil olmaqla Suriyadakı vəziyyəti və digər regional məsələləri müzakirə etdik”.

Xatırladaq ki, danışıqlara qatılan mənbələrə istinadən “Anadolu” agentliyinin daha əvvəl yazdığına görə, Menbiç planı Fərat çayının qərb sahilində yerləşən terrorçuların bir ay ərzində bölgədən çıxarılmasını nəzərdə tutur.

Məlumata görə, M.Pompeo və M.Çavuşoğlu hazırda ABŞ-da gizlənən Fətullahçı Terror Təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi məsələsini də müzakirə ediblər. (Virtualaz.org)


Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up