PKK türk hərbçilərinə hücum etdi – 3 şəhid var

print
PKK terrorçuları Türkiyənin Hakkari vilayətinin Şəmdinli mahalında sərhəddə işləyən hərbçilərə hücum edib.

Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, terrorçular yol tikintisi ilə məşğul olan əsgərlərin texnikasını raketlə vurub.

Hadisə nəticəsində 3 hərbçi şəhid olub, daha iki nəfər yaralanıb. Onların həyatlarına təhlükə yoxdur. (Virtualaz.org)


Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up