Loading

wait a moment

Hava yağışlı və küləkli olacaq – Sinoptiklərdən xəbərdarlıq

print
Sinoptiklər Bakıda və Abşeron yarımadasında əlverişsiz və yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında iyunun 2-də şimal-qərb küləyinin güclənəcəyi, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlə müqayisədə 4-6 dərəcə aşağı enəcək.

Tibbi-meteoroloji proqnoza görə, iyunun 2-də Abşeron yarımadasında atmosfer təzyiqinin qısa müddət ərzində xeyli yüksəlməsi fonunda arabir güclənən xəzri küləyi, rütubətli hava şəraiti və temperaturun enməsi gözlənilir. Belə təzadlı, dəyişkən hava şəraiti meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

<script async src=”//pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”></script>
<script>
(adsbygoogle = window.adsbygoogle || []).push({
google_ad_client: “ca-pub-8125111263879539”,
enable_page_level_ads: true
});
</script>

Scroll Up