Loading

wait a moment

Yazıçı Varis beynəlxalq festivalda qızıl medal aldı – FOTO

print
Xəbər verdiyimiz kimi, mayın 24-dən 28-dək Rusiya Federasiyasının Soçi şəhərində Avrasiya materikinin “LiFFt-2018” ədəbiyyat üzrə üçüncü festivallar festivalı keçirilib.

30-dan artıq ölkədən, eləcə də Rusiyanın 50 regionundan nümayəndələrin qatıldığı nüfuzlu festivalda bu il ilk dəfə Azərbaycanın və qardaş Türkiyənin də yazarları iştirak ediblər.

Festivalın baş mükafatı münsiflər heyətinin yekdil qərarı ilə Azərbaycan yazıçısı Varis Yolçuyevə təqdim olunub. Çexiyadan, Avstriyadan, Rusiyadan, Monqolustandan, Almaniyadan və Fransadan olan vitse-laureatlar gümüş və bürünc medallarla təltif olunublar. Bütün digər festival iştirakçıları isə fəxri diplomlara və festival iştirakçısı sertifikatlarına layiq görülüblər.

Festivalın qalibi olmuş həmyerliyimizə qızıl medal, “Qizil LiFFt” seriyasından yüksək tirajla “Metamorfoza” romanının çapının müqaviləsi, qiymətli hədiyyələr təqdim olunub. Təltif mərasimində, “Rossiya”  telekanalına müsahibə verən yazıçı bu qələbəsini Azərbaycan Cumhuriyyətinin 100 illiyinə həsr etdiyini söyləyib.

Xatırladaq ki, əvvəlki iki “LiFFt” festivallar festivalının qalıbləri Konstantin Kedrov-Çelışev (Rusiya) və Oljas Süleymenov (Qazaxıstan) olublar.

 

 

 

Scroll Up