Loading

wait a moment

Messi karyerasını bitirmək istədiyi klubun adını açıqladı

print
Lionel Messi karyerasını bitirmək istədiyi klubun adını açıqlayıb.
Argentinanın “El Trece” kanalına danışan “Barselona”nın ulduzu karyerasını vətənində – “Nevell’s Old Boyz” klubunda bitirmək istədiyini bildirib:
“Hər zaman demişəm, bir gün Argentinada oynamaq istəyirəm. Baş tutub-tutmayacağını bilmirəm, amma beynimdə hər zaman bu var. Argentinada ancaq “Nevell’s Old Boyz”da oynayaram, başqa heç bir komandada oynamaram. Ən azından 6 ay belə olsa, bu klubun formasını geyinmək istəyirəm”.
Qeyd edək ki, Messi 1994-2000-ci illərdə “Nevell’s Old Boyz” klubunda çıxış edib və 2001-ci ildə “Barselona”ya transfer olunub. (Qaynarinfo)
Scroll Up