Loading

wait a moment

“Məqsədimiz Arif Alışanovla birlikdə kəndi ələ keçirmək idi” – Məhkəmədən reportaj

print
Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) sədri Arif Alışanov və yaxınlarını öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər məhkəmə tərkibinə etiraz veriblər. Etiraz baxılmamış saxlanılıb.

Təqsirləndirilən şəxslər tərəfindən A.Alışanovun məhkəməyə çağırılması və o gələnədək məhkəmə baxışının təxirə salınması, əlavə şahidlərin dindirilməsi ilə bağlı vəsatətə baxılıb. Məhkəmə vəsatəti qismən təmin edib. Hakim A.Alışanovun məhkəməyə gətirilməsi üçün ona bildiriş göndəriləcəyini bildirib.

Şahid qismində Abı Həsənov ifadə verib. O, ifadəsində oğlunun adına olan 2 hektar 30 sot torpağı Şücayət Əkbərova satdığını göstərib. Şahid tərəflərin suallarını cavablandırıb. O, uzun müddət icra nümayəndəsi işlədiyini deyib:“Arif Alışanovla rastlaşsaydım hər şeyi ona deyəcəkdim. Mənə Şücayətgil tərəfindən təzyiqlər olurdu, işdən çıxarıb yerimə öz yaxın adamını gətirmək istəyirdilər”.

Ş.Əkbərov şahidin dediklərini təsdiq edib. O, qısa çıxış edərək göstərib ki, kəndi öz əllərinə almaq üçün belə bir varianta əl atıblar: “Alışanovla birlikdə Sədaqəti icra nümayəndəsi qoymaq üçün 100 min manat vermişdik. Digər icra nümayəndəsini də işdən çıxarmaq istəyirdik. Məqsəd kəndi ələ keçirmək idi”.

Vəkilin şahidə Ş.Əkbərovun “A.Alışanovu aldadıb pulunu ələ keçirməsində iştirak etmisinizmi?” sualına A.Həsənov “mən bu barədə sonradan eşitmişəm” cavabı verib.

Daha sonra şahid qismində S.Əkbərovun qaynı Səlim Sadıqov dindirilib. O, istintaqa verdiyi ifadəsini təsdiq edib. Şahid Nəriman Cabbarov ifadəsində Şücayət Əkbərovun vasitəçiliyi ilə 120 min manata torpaq sahəsi satdığını deyib: “30 hektar torpağı Şücayətin yanında gələn Hacı Babayevə satmışam”.

Zərərçəkmiş H.Babayev belə bir şey olmadığını deyib: “Hacı mənəm, sən yalan danışırsan, mən səni görməmişəm”. Şahid istintaqa doğru ifadə verdiyini, alqı-satqısını notariat qaydada həyata keçirdiklərini, pulu bankdan aldığını deyib: “Mən torpağı satıb pulumu bankdan götürmüşəm. Kimin adına rəsmiləşdirilib, məni maraqlandırmır. Alqı-satqıda Şücayət məni aldatmayıb”.

Şahid Novruz Həmzəyev ifadəsində atasının adına olan torpaq sahəsini Şücayətə satdığını göstərib. Şahid Ayət Nuraliyev ifadəsində təqsirləndirilən şəxslərlə eyni kənddən olduqlarını bildirib: “Karrar kəndində torpağım olub. Hektarı 500 manata Şücayətlə razılaşmışam. Pulu Aqşindən almışam”.

Məhkəmə iyulun 1-də saat 11-də davam edəcək. (Virtualaz.org)

<script async src=”//pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”></script>
<script>
(adsbygoogle = window.adsbygoogle || []).push({
google_ad_client: “ca-pub-8125111263879539”,
enable_page_level_ads: true
});
</script>

Scroll Up