Oğurlanmış 524 yaşlı Quran əlyazması axtarılır

print
Türkiyənin Topqapı sarayında saxlanılan 524 yaşlı “Qurani-Kərim” əlyazması itib.

Mədəniyyət Nazirliyinin inventarında olan bu unikal nümunə 1964-cü ildə Topqapıdan Bursa muzeyinə aparılıb və ordan oğurlanaraq şəxsi kolleksiyaya girib.

Nazirlik ölkə xaricinə aparılan dəyərli eksponatların ölkəyə qaytarılması proqramı çərçivəsində sözü gedən əlyazmanın da tapılması nəzərdə tutulub. Nazirlikdən türk mətbuatına verilən məlumatda deyilir: “Mövzuyla bağlı cinayət işi açılsa da konkret cəzalanan yoxdur. Əsərin kimdə olduğunu tapmaq üçün araşdırmanı davam etdirik.”
Scroll Up