Loading

wait a moment

Buker mükafatını bu yazıçı aldı

print
Beynəlxalq Buker mükafatının builki qalibi elan olunub.

Xarici KİV-ə istinadən xəbər verilir ki, mükafatı Polşa yazıçısı və şairi Olqa Tokarçuk qazanıb.

O, müsabiqədə “Flights” (“Uçuşlar”) romanı ilə təmsil olunub. Mükafatlandırma mərasimi Londonda Viktoriya və Albert muzeyində keçirilib. Müsabiqənin qısa-siyahısına fransız yazıçı Virciniya Depant, ispan Antonio Munos Molina, iraqlı yazıçı Əhməd Səədəvi, həmçinin ötən ilin laureatları – cənubi koreyalı Xan Kan, macar Laslo Krasnaxorkai daxil olublar.

Qeyd edək ki, 2016-cı ildən keçirilən müsabiqənin pul mükafatı 50 min funt sterlinq dəyərindədir. Məbləğ yazıçı ilə tərcüməçinin arasında bölünür. (Qafqazinfo)

<script async src=”//pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”></script>
<script>
(adsbygoogle = window.adsbygoogle || []).push({
google_ad_client: “ca-pub-8125111263879539”,
enable_page_level_ads: true
});
</script>

Scroll Up