Arif Alışanovun bacısı oğlu: Dayım mənim yanımda Şücayətə 2-3 milyon pul verib

print
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində AzTV sədri Arif Alışanova 4,6 milyon manat pul “atmaqda” və ona qarşı sui-qəsd təşkil etməkdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçali Cəbiyev, Aqşin Hüseynov və Zöhrab Şirinovun məhkəməsi keçirilib.
Hakim Əfqan Hacıyevin icraatında olan prosesdə Arif Alışanovun bacısı oğlu, zərərçəkmiş Dəyanət Cəfərov ifadə verərək Şamaxıya torpaq almağa gedərkən qəzanın necə baş verdiyini danışıb: “Çuxuryurd kəndində 300 min manata ferma, 600 min manata torpaq almışıq.  Şücayətə torpağın alınması üçün 37 min manat və 19 min dollar pul vermişik. O isə bütün torpaqları öz adına keçirdi. Arif müəllim mənim yanımda Şücayətə 2-3 milyon pul verib.
Biz Şamaxıya gedəndə Arif müəllim Şücayətin maşınında gəlirdi. Bizim maşını isə Hacı sürürdü. Arxadan bizim maşını Zöhrab öz avtomobili ilə vurdu. Ona saxla dedim, bu vaxt Zöhrabın maşını aşdı. Yaxınlaşdıq, sonra onu maşına mindirib xəstəxanaya apardıq. Bu, təsadüfi qəzaya oxşamırdı. O, hadisəni qəsdən törədib”.
Bu zaman təqsirləndirilən Ş. Əkbərovla zərərçəkmiş D. Cəfərov arasında mübahisə düşüb. Hakim Ş. Əkbərova xəbərdarlıq edib. (qafqazinfo)
Scroll Up