Loading

wait a moment

İşdən çıxarılan icra başçısı danışdı: Yığışıb gedirəm evə

print
Prezident İlham Əliyevin sərəncamı ilə işdən çıxarılan Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərov açıqlama verib.

O, heç bir vəzifəyə təyinat almadığını qeyd edib:

“Xəbər düzdür. Artıq işsizəm. Yığışıb gedirəm evə. Heç bir vəzifəyə təyinat almamışam”.

X. İsgəndərov Binəqədi rayon icra hakimiyyətinin başçısı postuna 2012-ci ilin aprelində təyinat almışdı. O, bir müddət əvvəl vəzifəsindən kənarlaşdırılan vergilər naziri Fazil Məmmədovun qohumudur.

F.Məmmədov ötən ilin dekabr ayında işdən çıxarılandan sonra X.İsgəndərovun da tezliklə vəzifədən uzaqlaşdırılacağı haqda mətbuatda yazılar gedirdi. (musavat.com)

Scroll Up