Loading

wait a moment

Bizim evdə Messidən danışmaq qadağandır – Ronaldonun anası

print
Kriştiano Ronaldonun anası Maria Dolores dos Santos Avyero Portuqaliya mediasına oğlu ilə bağlı maraqlı açıqlamalar verib.
Futbolçunun anası evlərində Lionel Messi ilə bağlı danışığa qadağa qoyulduğunu bildirib: “Messi ilə önəmli bir rəqabəti var. Bu səbəbdən bizim evimizdə onun haqqında söhbət açılmır”.
Maria Dolores dos Santos Avyero oğlunun fiziki göstəricilərindən də danışıb: “Yuventus”a vurduğu qoldan sonra fiziki göstəriciləri araşdırıldı, bioloji yaşının 23 olduğu ortaya çıxdı. Orta hesabla hər futbolçunun vücudundakı yağ faizi 11 olduğu halda Ronaldoda 7-di”.
“Bir ana olaraq onunla bağlı yazılar bəzən mənə acı verir. Həddən artıq çox tənqid edirlər, amma o, bütün tənqidləri qəbul edə biləcək biridi. Oğlum bir maşın deyil, amma daha 3-4 il yüksək səviyyədə oynaya bilər. Oyunlarını televiziyadan izləməyə üstünlük verirəm. Çünki stadionda atmosfer mənə çox tez təsir edir. Bir dəfə huşumu itirmişdim. Həmin vaxtdan oğlum stadiona getməyimi yasaqladı” – deyə Ronaldonun anası bildirib. (Qaynarinfo)
Scroll Up