Loading

wait a moment

Avropa Liqasında final oyunu keçiriləcək – Bu gün

print
Bu gün Avropa Liqasında final oyunu keçiriləcək.
Qitənin ikinci dərəcəli klub turnirinin qalibi Fransada müəyyənləşəcək.
Lion şəhərində baş tutacaq həlledici görüşdə Fransa “Marsel”i ilə İspaniya “Atletiko”su üz-üzə gələcək. Marsellilər 25 illik kubok həsrətinə son qoymağa çalışacaq.
1992/93 mövsümündə Çempionlar Liqasını qazanan Fransa təmsilçisi finala qədər irəlilədiyi digər üç imkandan yararlana bilməyib. UEFA kubokunda iki belə uğursuzluğu olan “Marsel” ilk dəfə Avropa Liqasının qalibi olmağa çalışacaq.
“Atletiko” isə 6-cı kuboku qazanmaq əzmindədi. Madridlilər Avropa Liqası və Superkubokun hərəsində 2, Kuboklar kubokunda bir uğur əldə edib. İspaniya klubu 1986-cı ildə Kuboklar kubokunun finalında Kiyev “Dinamo”suna 0:3 hesabı ilə uduzduğu stadionda ikinci cəhdini gerçəkləşdirəcək.
Qeyd edək ki, “Marsel” qələbə qazansa, Çempionlar Liqasının qrupuna vəsiqəni də təmin edəcək.
Avropa Liqası
Final
16 may
22.45 Marsel (Fransa) – Atletiko (İspaniya)
Baş hakim: Byörn Kuypers (Hollandiya).
Lion. “Park Olimpik Lion”.
Scroll Up