Loading

wait a moment

Yazarlara pis xəbər: Bu il Nobel mükafatı verilməyəcək

print
   İsveç Akademiyası bu il ədəbiyyat üzrə Nobel mükafatının verilməyəcəyini açıqladı. Mükafatın verilməsinin təxirə salınma səbəbi akademiyanın son dönəmlər yaşadığı qalmaqalla bağlıdır. Akademiyanın idarə heyətində təmsil olunan Katarina Frostensonun həyat yoldaşı Jan Klaud Arnault iyirmiyə yaxın qadın tərəfindən cinsi zorakılıqda ittiham olunub. Eyni zamanda Arnaultun Nobel mükafatını qazanan 6 ədəbiyyatçının adını rəsmi açıqlamadan öncə mətbuata sızdırdığına dair ittihamlar da irəli sürülüb.
  Bilindiyi kimi 18 nəfər Akademiyanın idarə heyətinə ömürlük seçilir, ancaq bu ittihamlardan sonra 7 üzv Akademiyadan ayrıldığını açıqlayıb. Bunların arasında Klas Ostergren, Kjell Espmark və Peter Englunud kimi nüfuzlu adlar da var. Qurumun katibi Sara Danius da “Akademiyaya olan inamını itirdiyini” açıqlayaraq istefa verib.
  Hazırda Nobel komitəsində 11 üzv qalıb. Bu üzvlərdən Kerstin Ekman 1989-cu ildə İsveç Akademiyası Salman Rüşdüyə qarşı verilən fitvaya qarşı çıxmadığı üçün o gündən səs vermə hüququndan imtina edib. Akademiyanın nizamnaməsinə görə yeni bir üzvlərin seçilməsi üçün ən az 12 üzvün iclasda iştirak etməsi lazımdır.
 Bu qalmaqaldan sonra İsveç Akademiyası 2018-ci ilin ədəbiyyat üzrə Nobel mükafatçısını 2019-cu ildə açıqlayacağını bildirib. Beləliklə gələn il iki nəfər ədəbiyyat üzrə Nobel mükafatı adına layiq görüləcək.
  Mükafatın təxirə salınma səbəbi kimi, Nobelin əvvəlki nüfuzunu yenidən qazanmaq olduğu açıqlanıb. Müvəqqəti olaraq katib seçilən Anders Olssin Akademiyanın əvvəlki etibarını itirdiyini bildirib: “Mükafatı qazanan adı açıqlamazdan öncə, ictimaiyyət arasında Akademiyanın əvvəlki nüfuzunu bərpa etmək lazımdır. Mükafatı bu il təxirə salma səbəbimiz əvvəllər bu ada layiq görülmüş və gələcəkdə bu adı qazanacaq olanların adına kölgə salmamaqdır.”
  Nobel Vəqfinin Müdiri  Carl Henrik Heldin Akademiyanın yaşadığı bu böhranın heç bir şəkildə 2018-ci ildə digər kateqoriyalarda veriləcək olan mükafatlara ləkə gətirməyəcəyini açıqlayıb.
  Qeyd edek ki, 1901-ci ildən verilməyə başlayan Nobel Ədəbiyyat Mükafatı 1914, 1918, 1940, 1941, 1942, 1943-cü illərdə Birinci və İkinci Dünya Müharibəsindən dolayı təxirə salınıb. 1935-ci ildə isə mükafatın verilməməsi ilə bağlı ictimaiyyətə açıqlama verilməmişdi.
Scroll Up