Loading

wait a moment

Rafael Ağayev 11-ci dəfə Avropa çempionu oldu

print
9-14 may tarixlərində Serbiyanın Novi Sad şəhərində karate üzrə 53-cü Avropa çempionatı keçirilir.

Kumitedə 75 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Rafael Ağayev bütün rəqiblərini məğlub edərək Avropa çempionu olub.

Bu, 33 yaşlı idmançının karyerasındakı 11-ci Avropa çempionu tituludur. O, beşqat dünya çempionu və “Bakı 2015” I Avropa Oyunlarının qalibidir.

Qeyd edək ki, 52 ölkədən 532 idmançının qatıldığı yarışda Azərbaycan 17 idmançı ilə təmsil olunur. Kareteçilərimiz –  İrina Zaretska gümüş, Şahin Atamov isə bürünc medal əldə edib.

<script async src=”//pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”></script>
<script>
(adsbygoogle = window.adsbygoogle || []).push({
google_ad_client: “ca-pub-8125111263879539”,
enable_page_level_ads: true
});
</script>

Scroll Up