“Kurtlar Vadisi Pusu”nun yayımlanacağı tarix və kanal açıqlandı

print
Azərbaycanda da maraqla izlənilən “Kurtlar Vadisi Pusu” serialının yayımlanacağı tarix və kanal müəyyənləşib.
Türkiyə mediasına istinadən xəbər verilir ki, serial sentyabr ayından yenidən efirə çıxacaq.
Bir müddət əvvəl serialın baş rol ifaçısı Necati Şaşmaz bəzi kanallarla danışıqlar apardıqlarını bildirmişdi. Artıq serialı yayımlayacaq kanal da bəllidi. Belə ki, “Kurtlar Vadisi Pusu” bu dəfə “Kanal D”də tamaşaçıların görüşünə gələcək. (Qaynarinfo)

Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up