Koreyanın birləşməsi, yoxsa Qərb imperializminin yeni oyunu

print
Pxanmundcom “sülh” deklarasiyası:

analitik yazı

 

27 aprel 2018-ci ildə dünyanı təəccübləndirən bir hal baş verdi. KXDR-nın lideri Kim Çen In Koreya Respublikasının prezidenti Mun Ce İnlə görüş keçirdi. Görüş 65 ildi demilitirazasiya zonası olan məşhur “38-ci paraleldə” baş tutdu. Əvvəlcə Kim Çen In cənublu həmkarının əlini sıxaraq, sərhəddi keçdi, sonra isə həmkarının qolundan tutaraq, onu KXDR torpağına ayaq basmağa sövq etdi. Bu isti münasibətdən sonra hər iki dövlət başçısı yaxınlıqda yerləşən Pxanmundcom rayonunda sülh deklarasiyası imzaladılar. Sonra isə bunu sampan içə-içə qeyd etdilər. Bu sülh deklarasiyası olsa da, əslində sülh danışıqlarının birinci mərhələsidi. Bu sülh deklarasiyasının şərtləri aşağıdakılardı:

  • 1953-cü ildə hər iki dövlət arasında bağlanmış atəşkəs sazişi sülh danışıqlarına transformasiya edilməsi;
  • Bir-birinə hücum etməmə, hərbi vəziyyəti aradan qaldırma, hərbi xərcləri azaltmaq, SQ-in ixtisarı, yarımadanının nüvə silahından denuklerizasiyası və digər kütləvi qırğın silahların tətbiqini məhdudlaşdırma;
  • ABŞ-ın iştirakı ilə üçtərəfli və ya Çinin iştirakı ilə dördtərəfli danışıqların aparılması;
  • Hər iki dövlətin birgə iştirakı nəticəsində demilitarizasiya elan edilmiş zonada bir-birlərindən uzaq düşmüş ailələrin birləşməsinə kömək etmək üçün büronun yaradılması.

Müqavilə şərtlərində nə qədər sülh, əminəmanlıq, müharibədən qaçma, bir millətin birləşməsi və s. bu kimi xüsusiyyətlərlə diqqət çəksə də, ikinci bənd qərəzlidi. Niyə qərəzli? Ona görə ki, KXDR-nın ərazi bütövlülüyünün, suverenliyinin qarantları olan güclü ordusu və nüvə silahıdı. KXDR-nı ordusunu ixtisar etməyə, nüvə və bu kimi silahlarını denuklerizasiya etməyə çağırılır, lakin Koreya Respublikasında yerləşən ABŞ hərbi bazalarının çıxarılması məsələsinə toxunulmur!

Onu da deyim ki, son 3 ildə ABŞ Cənubi Koreyada yerləşən hərbi bazalarını Seuldan 70 kilometr cənubda yerləşən Kemp Hamfrizə köçürüb. Adı çəkilən baza Koreya müharibəsi zamanından fəaliyyətdədi. Son 3 ildə rəsmi Vaşinqton bu bazanın ərazisini 3,5 dəfə böyüdərək, müasir istehkam qurğuları ilə qala şəklinə saldırıb. Rəsmi məlumatlara görə 15 milyard dollar yaxın pul xərcləyib. ABŞ bazalarının möhkəmləndirilməsini güya İŞİD terrorçu qruplaşmasının hücumundan qoruması ilə bağlayıb. Belə ki, güya adı çəkilən terror qruplaşmasının törədəcəyi  21 terror aktları siyahısında Koreya yarımadasındakı ABŞ-ın bazaları da var.  Əslində isə bu KXDR-nın son zamanlar daha da güclənməsindən ehtiyyat edilməsidi. Əgər şimallılar hücuma keçsə qısa bir zamanda cənubu diz çökdürəcək, necə ki, Koreya müharibəsi zamanı bu baş verdi. Müharibənin başlamasından 3 gün sonra paytaxt Seul tutulur, qısa zaman içərisində Koreyanın Pusan əyalətini çıxmaq şərtiylə  bütün cənub ərazisinin 90 % şimallılar ələ keçirmişdi. Lakin ABŞ ordusunun müdaxiləsi nəticəsində şimallılar 38-ci paralelə qədər geri oturduldu. Zarafat deyil ki, Seul sərhəddən 24 kilometr məsafədə yerləşir. Ümumilikdə isə hal-hazırda Koreya yarımadasında  50 mindən çox ABŞ əsgəri var.

Pxanmundcom sazişi Kim Çen In hökuməti üçün bir çox müsbət cəhətləri ilə səciyələnəcək bunlar: siyasi-iqtisadi sanksiyaların götürülməsi, böhranlı vəziyyətin aradan çıxması, sərhədlərin açılması, mədəni əlaqələrin qurulması, narazı kütlənin azalması və s.

Lakin bununla yanaşı mənfi, hətta təhlükəli tərəfləri də vardır. Bunlar KXDR suverenliyi, ərazi bütövlüyü, ölkə daxili çevriliş, yeni vətəndaş müharibəsi təhlükəsi və digər bu kimi hallardı.

Sərhədlərin açılması ilə şimala kifayət qədər insan axınları baş verəcək. Tədricən bu axınlar nəticəsində, şimalda biznes şəbəkələri, fabriklər, zavodlar, məktəblər fəaliyyətə başlayacaq. Eyni zamanda oraya ABŞ və cənublu siçovullar axışacaq, xüsusən də missionerlər, “liberallar”, “demokratlar” və digərləri. Onlar məhv olmuş 5-ci kolonu yenidən yaradacaq. Təbii ki, “demokratiya”, “multikulturalizm” “insan hüquqlarının aliliyi”, “tiraniyaya son” kimi şüarlarla.  Bu da çevriliş üçün bünövrədi.

Onu da qeyd edim ki, yeni sülh sazişinə KXDR-də narazı olan kütlə də var. Bu narazıçılar açıq-açığa etiraz bildirməsələr də kifayət qədər təhlükəlidir, çünki onlar ölkənin hərbi elitasıdı. Unutmayaq ki, ölkənin sütununu hərbi elita təşkil edir. Onlar istəsə idi çoxdan “Kim” sülaləsini devirər və hərbi xunta qurardılar. Buna bariz nümunə kimi 2013-cü ildə Kim Çen Inın dayısı, ordu generalı, Dövlət Müdafiə Komitəsi sədrinin müavini  Çan Son Txek ölkədə qiyam qaldırmağa cəhd edəndə hərbi elita ona dəstək vermədi və onun planı baş tutmayaraq edam edildi.

Hərbi elita fanatiklərdən ibarət olduqlarından onların ABŞ imperializmi, Cənubdakı əldəqayırma “dövlətə” və kapitalizmə özlərinə məxsus nifrətləri var. Belə ki, müharibədən əvvəl minlərlə solçu düşüncəli, xristian inancından uzaq koreyalıları Li San Man hökuməti amansızcasına represiyalara məruz qoydu. Bu proses müharibə və ondan sonrakı dövrləri də əhatə etdi. Onların çoxu indiki hərbi elitanın qohumları idi. Həmçinin hərbi elitanın dövlətdə geniş imtiyazları var. Odur ki, əgər “isti” münasibətlər pik həddə çataraq şimalda geniş reformalara səbəb olacaqsa hərbi elita dəmir yumruqlarını sıxıb, dişlərini qıcayaraq hərbi diktatura qurmağa cəhd edəcəklər.

Rəsmi Seul   sərhədlərin açılması, siyasi-iqtisadi, mədəni əlaqələr qurmaqda alışıb yanmağa çalışdığını nümayiş etdirsə də, bu ayzberqin görünən tərəfidi. Görünməyən tərəf isə odur ki, ağası olan ABŞ-ın məkirli siyasətlərini həyata keçirməkdən ibarət olacaq. Belə ki, cənublular şimalda Kim “diktaturasının” aradan qaldırılmasına çalışacaq. Bunun iki variantı var:

  1. KXDR-lə sərhədlərin açılması mədəni, siyasi-iqtisadi münasibətlər quraraq, geniş təbliğatlar aparmaqla xalq kütlələri və dövlət nümayəndələrinə (KXDR) təsir edərək bütün yarımada əhalisini referenduma cəlb etməklə, mərkəzi Seul olan birləşmiş Koreya Respublikası yaratmaq. Burdada böyük say üstünlüyünə malik cənublulardı, çünki əhali sayı şimala nisbətən 2 dəfə çoxdur. Beləki, KXDR-in əhalisi 25 milyon olduğu halda, cənubun əhalisi 50 milyondan çoxdu. Ona görə KXDR əhalisinin 50% qədərini öz tərəfinə çəkə bilsə, istəyinə demək olar ki, nail olub.
  2. KXDR-da 5-ci kolon yaradaraq onları maliyələşdirmək, xüsusilə də Kim hökumətindən narazı olan qüvvələri ətrafında birləşdirərək çevriliş, etmək. Kim Çen Inı aradan götürmək variant əlverişli deyil, çünki onu etmək istəsəydilər çoxdan edərdilər. Bu onlara sərf eləmir, çünki o, öldürülsə, həmin dəqiqə hakimiyyəti hərbi elita ələ keçirib, cənuba qarşı müharibəyə başlayardı. Odur ki, hərbi elitanın bəzilərini də öz tərəflərinə çəkməlidirlər ki, son nöqtəni qoya bilsinlər.

ABŞ

ABŞ birinci növbədə beynəlxalq nüfuzunu bərpa etməyə çalışacaq. Çünki, 5-ci kolonlar vasitəsiylə Türkiyədə, Venesuellada çevriliş cəhdlərinin boşa çıxması, Süriyanı viran qoysa da, Əsəd və onun tərəfdarlarını məhv edə bilməməsi. Əvəzində Rusiyanın Əsəd hökumətinə var qüvvəsiylə dəstək verməsi, Türkiyənin öz təhlükəsizliyini qorumaq üçün Pentaqon ilə Mərkəzi Kəşviyyat İdarəsinin (MKİ) hərtərəfli  dəstək verdiyi  PYD və YPG  kimi kürd separatçı, terror birləşmələrinə qarşı uğurlu “Zeytun budağı” əməliyyatını keçirməklə onları pərən-pərən salması və Süriyada nüfuz qazanması. İranda  sanksiyalar vasitəsilə sındıra bilməməsi və molla rejiminində Rusiya ilə hədsiz dərəcədə yaxınlaşması və Əsədə dəstək verməsi, Trampın Yerusalimi İsrailin paytaxtı kimi tanınması müsəlman dünyasında kəskin nifrət, etirazla qarşılanması, KXDR-ə qarşı sanksiyaları ağırlaşdırmaqla yanaşı onu müharibəylə və nüvə zərbələriylə hədələməsi, cavabında özünün Koreya Resbuplikasındakı və Quamdakı bazasına cavab zərbəsi endiriləcəyini qəti şəkildə bildirəm Kim hökuməti.  Bu cavab reaksiyasından təsirlənən Quamdakı yerli əhalinin və ABŞ əhalisinin Trampın müharibə başlatmaq siyasətinə qarşı etiraz bildirmələri rəsmi Vaşinqtonu hegemonluq nüfuzuna ağır zərbələr endirdi.  Ona görə də, ABŞ özünü “demokratik”, “sülhpərəst” dövlət olduğunu göstərmək üçün, ilk olaraq dəyirmi masalar arxasında nüfuzunu geri qaytarmalıdı.

Təbii ki, nüfuzunu bərpa etdikdən sonra öz mövqeyini KXDR-da möhkəmləndirməyə çalışacaq.  Bu möhkəmləndirmə orda gələcəkdə  “demokratik” reformalar aparmaq məqsədi güdür. Nəticə olaraq, İraqda, Liviyada, Süriyada, Misirdə və digər 3 dünya ölkələrində baş verən ssenarilər təkrarlanacaq.

Çin

Regionun hən iqtisadi, həm siyasi, həm də hərbi güclü dövləti olan Çinə gəlincə Vaşinqtonun xeyr-duası regionda ikinci “Tayvan” dövlətinin yaradılması ilə razılaşmayacaq. Çünki bu hal baş versə ölkənin həm şimal-şərq, həm də cənub-şərq hissələrində təhlükə deməkdir. Çünki Tayvan dövləti (Çin Respublikası) zatən dünyada özünü yeganə Çin dövləti olduğunu iddia edir. Yaponiyanın Çinə qarşı tarixi düşmənçiliyi, qisas arzusu ilə alışıb yanması, ABŞ-ın Çinin güclənməsinə qarşı çıxaraq ona qarşı siyasi-iqtisadi sanksiyalar həyata keçirməyi, üstəgəl Koreya yarımadasında ABŞ-a xidmət edən birləşmiş Koreya “dövlətinin” peyda olması Çini regional blokadaya salınması deməkdir. Ona görə də Çin yeni danışıqlar mərhələsində qətiyən kənarda qalmayacaq, bacardığı qədər müttəfiqi və qonşusu olan KXDR yalnız buraxmayacaq, eyni zamanda rəsmi Pxenyanın sərhədlərin açılması, ABŞ-la münasibətlərin qurulmasında söz sahibi olacaq.

Rusiya

Rusiya hər zamankı kimi aktiv müşahidəçi mövqeyində hadisənin axarını diqqətlə analiz edir. Təbii ki, şimal qonşumuzun mövqeyi Çinlə demək olar ki, eynidir. Bir şərtlə, o da açıq-açığa hadisələrə hələki müdaxilə etməməsidi. Bu dəqiqə heç Rusiyaya açıq-aşkarlıq müdaxilə zatən sərf etmir. Çünki o, Ukrayna və Suriya cəbhələrində  ABŞ-a həm hərbi həm də siyasi gücünü göstərdi. Hal-hazırda o, Türkiyə, İranla qarşılıqlı isti münasibətləri qurmağı və Suriya məsələsində ortaq məqsədə gəlməklə məşğuldu. Məhz regionda bu 3 dövlətin birləşməsi ABŞ-ın mövqeyinə yaxın şərqdə vurulacaq ən böyük zərbə olacaq. Lakin nə Rusiya, nə də Çin rəsmi Pxenyanın nüvə silahından birdəfəlik imtina etməsinə yol verməyəcək. Elə Rusiyanın əksər politoloqları açıq şəkildə qeyd edirlər ki, nüvə silahı KXDR-nın yeganə qarantiyasıdır. Hətta Xarici İşlər Naziri Sergey Lavrov 2018-ci ilin martında Vyetnam və Yaponiya mətbuatlarında müsahibəsi zaman “Koreya yarımadasında istənilən sülhün tərəfdarı olduqlarını,  ABŞ və KXDR liderlərinin görüşlərinə vasitəçi olmağa da hazır olduğunu bildirmiş, həmçinin gələcəkdə altıtərəfli ( KXDR, Koreya Respublikası, Çin, ABŞ, Rusiya, Yaponiya ) danışıqlar keçirilməsini də irəli sürmüşdü. Həmçinin o, son müsahibələrinin birində açıq şəkildə bildirmişdi: rəsmi Pxenyan nüvə silahından o halda imtina edər ki, ABŞ KXDR-ə qarşı bütün qərəzli sanksiyaları birdəfəlik aradan qaldırmalı və  hərtərəfli sülh danışıqları aparmalıdı.

KXDR

Rəsmi Pxenyana gəlincə, hələ Kim İr Senin sağ olarkən SSRİ-nin yürütdüyü yenidən qurma siyasəti, Cauşeskunun öldürülməsi, Berlin divarının sökülməsi, SSRİ-nin, Yuqoslaviyanın süqutu ona güclü həyəcan təbili verdi. Bu həyəcan o idi ki, artıq o, və balaca sosialist dövləti demək olar ki, yalnız qalıb. Ya güclü nüvə silahına sahib olaraq həm öz hakimiyyətini həm də sosialst quruluşunu saxlamalı, ya da müttəfiqləri  kimi faciəvi şəkildə tarixə qovuşmalı idi. O, ölkəsinə nüvə silahı bəxş edə bilməsə də, tarixə qovuşdu özüdə faciəvi şəkildə yox, Koreya xalqının Allah səviyyəsində pərəstiş etdiyi varlıq kimi. 1998-ci ildə KXDR-in yeni qəbul olunmuş Konstitusiyasına görə 1994-cü ildə vəfat etmiş Kim İr Seni KXDR-in “Əbədi Prezidenti” elan etdilər. Qısası KXDR-də indiyə qədər prezident vəzifəsi ölmüş Kim İr Senə məxsusdu. 1994-cü ildə hakimiyyətə gələn Kim Çen İr Səddam Hüseyinin başına gətirilən müsibətləri gördükdən sonra nüvə silahına sahib olmaq istəyini qətiləşdirdi və KXDR nüvə dövlətinə çevirdi. Rəsmi olaraq 9 oktyabr 2006-cı ildə KXDR-sı ilk dəfə olaraq nüvə partlayışını həyata keçirdi.

2011-ci ildə hakimiyyətə gələn nəvə Kim ata-babasından da irəli gedərik, orduda islahatlar apararaq həm onu gücləndirdi, həm də nüvə silahlarını sayını və sınaqlarını artırdı.

Ümumən denuklerizasiya nüvə silahından birbaşa imtina etmək demək deyil, əksinə nüvə silahının istehsalının, tətbiqinin, sınaqlarının məhdudlaşdırılması, nüvəsiz zonalar yaradılması və s. deməkdir.

Çox təəssüflər olsun ki, bütün qərb mətbuatı rəsmi Pxenyanın nüvə silahından imtina edir, Kim geri çəkilir  və s. bu kimi manjet başlıqlarıyla dünyaya bağırırlar. Ən maraqlı məqam odur ki, qərb mətbuatı artıq dövlətin adını da düzgün adlandırmağa başlayıb. 9 sentyabr 1948-ci ildə yaranan KXDR-i qərb yalnız 27 aprel sülhündən sonra rəsmi adı ilə çağırmağa başladı.

Bu əslində qərb imperializminin informasiya müharibəsində ənənəvi taktikasıdı. Bugün də tarixi təhrif edən və  dünyaya da bu cür təbliğ edən məhz qərbdi. Buna aşağıdakıları misal çəkmək olar:

III Reyxi – Hitler Almaniyası; Böyük Sosialist Liviya Ərəb Xalq Camahiriyasını – Qəddafi diktaturası; Süriya Ərəb Respublikasını – Əsəd rejimi; İraq Respublikasını – Səddam diktaurası; Çin Xalq Respublikasını – Kommunist rejimi; Kuba Respublikasını – Kastro qardaşları monarxiyası, Venesuellanı – Maduro avtoritarizmi  və s.

Qısası Kim Çen In yeni yaranan “isti” münasibətlərin gedişatında son dərəcə ehtiyatlı davranmalı, ölkəsinin təhlükəsizlik orqanları və hərbi elita ilə qarşılıqlı münasibətləri daha da möhkəmləndirməlidi. Çünki bu qüvvələr həm KXDR-in həm də onun şəxsi hakimiyyətinin qorunmasında əsas pay sahibləridi. Eyni zamanda ölkənin təhlükəsizlik orqanları ABŞ və onun əlaltısı Koreya Respublikasının ölkədə 5-ci kolon yaratmaq, onları maliyələşdirmək, hökumətə qarşı qaldırmaq kimi fəaliyyətlərinin qarşısını almaq üçün bütün gücünü səfərbər etməlidi.

Kim Çen In nüvə silahlarının istehsalı, tətbiqi, sınaqlarını dayandıracağını bildirsə də özünün və ölkəsinin əsas qarantı olan nüvə silahından bütövlükdə imtina etməyə tələsməyəcək. Həmçinin qərb dünyası ilə kompramisdə mümkün qədər ehtiyatlı olaraq liberal mövqe tutmayacaq.

Tarixdə qərblə danışıqlar apararaq onun “dost” münasibətlərinə inanıb, nüvə silahının istehsalından imtina edən, Səddam Hüseyn ilə Müəmmar Qəddafinin sonrakı taleyini və onların xalqlarının başına gətirilən müsibətlər göz önündədi.

Sonda yazımı dahi Adolf Hitlerin deyimi ilə yekun vururam:

“Dünyanın ən böyük dahisi belə, özünə xidmət edəcək güc və iradədən məhrum qalırsa, uğur qazanmayacaqdır! Böyük sülhlər yalnız güc yolu ilə əldə ediləcək, bu güc olmayacaqsa, hər şey məhv olub gedəcək”.

Abdulla İbrahimli

Scroll Up