Loading

wait a moment

Ermənistan prezidenti Paşinyanın ayağına gəldi və bu sənədi göstərdi

print
Ermənistan prezidenti Armen Sarkisyan ötən gecə müxalifət lideri Nikol Paşinyanla görüşüb.

Erməni KİV-nə istinadən xəbər verilir ki, görüş zamanı ölkədə yaranmış situasiya və problemdən çıxış yolları müzakirə edilib. Bu barədə Paşinyanın feysbuk hesabında yazıb.

O bildirib ki, prezident Sarkisyan Böyük Britaniya vətəndaşlığından hələ 2011-ci ildə çıxdığını sübut edən sənəd təqdim edib.

Xatırladaq ki, daha əvvəl Sarkisyanın prezident postuna namizədliyinin irəli sürüldüyü zaman Paşinyanın rəhbərlik etdiyi “Elk” parlament fraksiyası onun ikinci vətəndaşlığının olmadığına dair sənəd tələb etmişdi.

Qeyd edək ki, ölkə qanunvericiliyinə görə, ölkə prezidenti ikili vətəndaşlıq daşıya bilməz. (Qafqazinfo)

<script async src=”//pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”></script>
<script>
(adsbygoogle = window.adsbygoogle || []).push({
google_ad_client: “ca-pub-8125111263879539”,
enable_page_level_ads: true
});
</script>

Scroll Up