Loading

wait a moment

“Liverpul” “Roma”nı darmadağın etdi – VİDEO

print
Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.

Mərhələnin ilk matçında “Liverpul” öz meydanında “Roma” ilə qarşılaşıb.

Bu mövsüm turnirin ən çox qol vuran komandası olan “Liverpul” bu matçda da məhsuldarlığı ilə yadda qalıb. İngiltərə təmsilçisi bir ara hesabda 5:0 önə keçib. Lakin, “Roma” sonradan 2 qol vuraraq cavab matçı üçün ümidini saxlayıb.

Beləliklə, oyun “Livepul”un 5:2 hesablı qələbəsi ilə bitib.

2 qol, 2 məhsuldar ötürmə edən Məhəmməd Salah matça damğa vurub.

“Liverpul” (İngiltərə) – “Roma” (İtaliya) – 5:2

Qollar: Salah, 36, 45, Mane, 56, Firimino, 61, 69 – Ceko, 81, Perotti, 85 (pen.) (Qafqazinfo)

Scroll Up