İlham Əliyevlə Ərdoğanın rəsmi görüşü bu gün olacaq

print
Ankarada rəsmi səfərdə olan prezident İlham Əliyev bu gün türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Bu gün günorta saatlarında Ərdoğan İlham Əliyevi öz iqamətgahında qarşılayacaq.
Bundan sonra iki ölkə liderlərinin təkbətək görüşü olacaq. Dövlət başçıları ikitərəfli əlaqələrin hazırki vəziyyətini və daha da genişləndirilməsini, bölgədə və beynəlxalq aləmdəki əsas mövzuları müzakirə edəcəklər.
Görüşün ardınca iki ölkə prezidentləri Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasına qatılacaqlar. Şuranın toplantısından sonra Azərbaycanla Türkiyə arasında sənədlər imzalanacaq. Sonra Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan birgə mətbuat konfransı keçirəcəklər.
Görüş rəsmi nahar yeməyi ilə başa çatacaq.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasına rəsmi səfərə dünən gedib və Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə şam edib.
Scroll Up