Loading

wait a moment

Sərkisyana deyin: ona və ailəsinə toxunmayacağıq… – Canlı yayım

print
İrəvanda Serj Sərkisyanın baş nazir olmasına qarşı etiraz aksiyalarının 9-cü günü başlayıb.

Etirazçıların bu gün də İrəvandakı küçələrə bağlamağa cəhd edəcəkləri bildirilib. Aksiyaların lideri Nikol Paşinyan mitinqə İrəvanın 7-ci mikrorayonundan başlayacaq.

***

İrəvanda mitinqin ilk dəqiqələrindən etibarən polislə etirazçılar arasında gərginlik yaranıb. Polis yolu bağlamağa çalışan etirazçıları ərazidən uzaqlaşdırıb.

İrəvan polisinin rəis müavini Valeri Osipyan aksiyanın lideri Nikol Paşinyana yaxınlaşaraq, etiraz aksiyasının qanunsuz olduğunu açıqlayıb. O, Paşinyana insanların konstitusion hüquqlarını pozduğunu bildirib.

***

İrəvanda etiraz aksiyasının ilk dəqiqələrindən etibarən bir nəfər aktivist həbs edilib. Polislə etirazçılar arasında yaranan qarşıdurma zamanı polislərdən birinin vəziyyəti pisləşib.

Polis hazırda etirazçıların mitinqinə mane olmağa çalışır. Paşinyan tərəfdarlarına müraciət edərək, həbs olunacağı təqdirdə aksiyanın davam etdirilməsini istəyib.

***

İrəvanda polislər etirazçıların yolu yük avtomobili ilə bağlamaq cəhdinə mane olublar. Onlar yolun bağlanılmasında iştirak edən minik avtomobilini də yolun ortasından çəkiblər.

Polis daha bir neçə etirazçını saxlayıb. Yaşlı etirazçılardan birinin vəziyyəti pisləşib.

***

Ermənistan Müdafiə Nazirliyi İrəvandakı etiraz aksiyaları ilə bağlı bəyanat yayıb.

Nazirlik etirazçıları Müdafiə Nazirliyinə aid binaları blokadaya almaqdan və orduya aid avtomobillərin yolunu kəsməkdən yayınmağa səsləyib. Müdafiə Nazirliyi bu cür cəhdlərin qarşısını ən sərt şəkildə alınacağını bildirib.

***

Ermənistan polisi İrəvanda aksiyanı dağıdacağı ilə bağlı bəyanat yayıb:

“Xəbərdar edirik ki, əgər aksiyaların başa çatmasıyla bağlı polisin tələbləri yerinə yetirilməsə, müəyyən zaman təqdim ediləcək. Əgər aksiyalar bu müddətdə də başa çatmasa, polis qanuna uyğun olaraq toplantını dağıdacaq”.

***

Paşinyan mitinqdə elan edib ki, Sərkisyan artıq hakimiyyətini itirib:

“Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Georgi Kutoyan, polisin rəhbəri Vladimir Qasparyan və Müdafiə naziri Vigen Sərkisyan Serj Sərkisyanın yanına gedib, onun hakimiyyəti itirdiyini açıqlasınlar.

Sərkisyan narahat olmamalıdır. Əgər o, istefa versə, mən və xalq onun və ailəsinin təhlükəsizliyinə zəmanət veririk”, – deyə Paşinyan bildirib.

***

İrəvanda polis tərəfindən saxlanılan etirazçıların sayı 62-yə çatıb. Polis həbslər zamanı müxtəlif zorakılıq aktlarına yol verir. Etirazçılara qarşı zorakılıq daha çox polis maşınlarının içində edilir ki, kameralara düşməsin.

Polis həmçinin yeni bəyanat da yayıb. Bəyanatda baş verən hadisələrin bütün məsuliyyətinin Nikol Paşinyana aid olduğu bildirilib.

***

İrəvanda etirazçıların rəhbəri Nikol Paşinyan Serj Sərkisyanın siyasi dialoq təklifini qəbul etməyib:

“Biz onunla yalnız istefa şərtini müzakirə etməyə hazırıq. Düzgün anlayın, bu, dialoq deyil. İstəyirik ki, hakimiyyətin xalqa keçidi maksimal şəkildə rahat olsun. Bəli, mən də hesab edirəm ki, geri dönülməsi mümkün olmayan itkilər olacaq. Ona görə də Sərkisyanı tələblərimizi dərhal qəbul etməyə səsləyirəm”. (Axar.az)

<script async src=”//pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”></script>
<script>
(adsbygoogle = window.adsbygoogle || []).push({
google_ad_client: “ca-pub-8125111263879539”,
enable_page_level_ads: true
});
</script>

Scroll Up