Türk ordusu 3 şəhidin qisasını aldı – Ağrı dağında

print
Türkiyənin Şırnak bölgəsinin Bestlər-Dərələr Quyutəpə ərazisində yerləşən hərbi bazaya hücum edilib.

Bu barədə “Hürriyət” yazıb.

Məlumata görə, hücum nəticəsində türk ordusu 3 şəhid verib, daha bir əsgər yaralanıb.

***

Türk ordusunun 3 şəhid verdiyi Şırnak bölgəsinə hücumdan sonra PKK terrorçularının zərərsizləşdirilməsi istiqamətində əməliyyat başladılıb.

Hücuma havadan da dəstək verilir.

***

Türk ordusunun keçirdiyi əməliyyat nəticəsində Ağrı dağında 15 terrorçu zərərsizləşdirilib.

Öldürülən terrorçulardan birinin kəskin nişançı olduğu bildirilib. (Axar.az)

 


Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up