Yüklənir

Gözləyin

20 milyardlıq tarixi layihənin təməli atıldı – Türkiyədə

print
Türkiyənin Mərsin şəhərində “Akkuyu” nüvə stansiyasının təməli atılıb.

“Anadolu” agentliyinə istinadən xəbər verilir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin təməlatma mərasiminə video-konfrans vasitəsilə qoşulublar.

Ərdoğanın göstərişi ilə İnkişaf naziri Lütfi Əlvan düyməyə basıb və layihənin təməli atılıb. Tədbirdə Türkiyə və Rusiyadan çox sayda nazir və dövlət rəsmiləri iştirak ediblər.

Dəyəri 20 milyard avro olan “Akkuyu” nüvə stansiyası Türkiyənin elektrik ehtiyacının 10 faizini təmin edəcək. Stansiyanın Türkiyənin quruluşunun 100 illiyində – 2023-cü ildə istifadəyə verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, hazırda 31 ölkədə 450 nüvə stansiyası fəaliyyətdədir. Daha 55-i isə inşa edilməkdədir. (Qafqazinfo.az)

 


Scroll Up