Loading

wait a moment

Şücayət Əkbərov: Şamaxıya gətirdiyi qızın ölümündən sonra Arif Alışanovla aramız pozuldu

print
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində AzTV sədri Arif Alışanova 4,6 milyon manat pul “atmaqda” və ona qarşı sui-qəsd təşkil etməkdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Aqşin Hüseynov və Zöhrab Şirinovun məhkəməsi keçirilib. 

Hakim Əfqan Hacıyevin icraatında olan prosesdə A.Alışanovun vəkilləri təqsirləndirilən Ş.Əkbərova suallar versə də, o, cavablamaqdan imtina edib və Alışanovun məhkəməyə gəlməyəcəyi təqdirdə o barədə danışmayacağını deyib:

“Mən Arif Alışanova qarşı sui-qəsd etməmişəm, mütəşəkkil dəstə yaratmamışam, silahlarım da olmayıb. Alışanov gəlsin, mənimlə üzləşsin. Sözünü desin, mən də cavab verim. Mənimlə tutulanların hamısı günahsızdır. Alışanovu öldürmək istəsəydim, başqa adamlar nəyimə lazım idi? Alışanovla görüşdüyüm dağlarda, dərələrdə onu öldürərdim, heç tikəsini də tapan olmazdı. Nə şahid olardı, nə də sübut. Arif Alışanov təkcə Şamaxıda 335 hektar torpaq alb, hamısının da sıyahısı var. Mənim onunla münasibətim həmişə normal olub, amma Şamaxıya gətirdiyi qızın ölümündən sonra aramız pozulub”. (Qafqazinfo)

<script async src=”//pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”></script>
<script>
(adsbygoogle = window.adsbygoogle || []).push({
google_ad_client: “ca-pub-8125111263879539”,
enable_page_level_ads: true
});
</script>

Scroll Up