Loading

wait a moment

“Tanıdığımız” və tanımadığımız tarixi şəxsiyyətlər

print
Qlobal “multikulturalizm” erası:

I yazı

 

Tarixin inciləri şəxsiyyətlərdir. Hökmdarlar, diktatorlar, inqilabçılar, alimlər, aktyorlar, idmançılar, din xadimləri hətta nekroloq, pedofil, sodomazaxist və digər bu qəbildən olan manyakların tarixin gedişatına, insan cəmiyyətinə istər müsbət, istərsə də mənfi təsirləri danılmazdır. Əksər tarixi şəxsiyyətlərin haqqında əsasən birtərəfli, qərəzli, rəvayətli, aşağılandırıcı, tarixi qaynaqlara söykənməyən, təhrif olunmuş, uydurma məlumatlarla “zəngindir”. Bunun başlıca məqsədi insan kütləsinə manipulyasiya xarakterli təbliğatlar aparmaqla, tarixi şəxsiyyətləri gözdən salmaqdır. Bu sahədə Qərbin mətbuatı, ictimai televiziyaları, sosial şəbəkələri, əksər ictimai-siyasi xadimləri avanqardlıq edir. Azərbaycan da daxil olmaqla, bütün 3-cü  dünya ölkələrində Qərbin bu məkirli siyasətini, demokrat, anarxist, liberal, feminist, LGBT, Free child və digər bu kimi partiya, təşkilat, həmkarlar ittifaqı, birlik, cəmiyyət, QHT, blokların köməkliyi sayəsində həyata keçirir. Qərbin bu cür mövqeyi “multikulturalizm” adı altında imperializmdən başqa bir şey deyil. Qeyd etdiyimiz ictimai birliklər isə Qərb imperializminə xidmət edən 5-ci kolonlardır.

Məhz Qərbin bu cür informasiya müharibəsi aparması nəticəsində, tam əminliklə qeyd edə bilərik ki, əksər tarixi şəxsiyyətləri bizlərə olduqları kimi deyil, 180 dərəcə fərqli şəkildə təqdim edirlər. Buna misal olaraq İslam peyğəmbəri Məhəmmədə, Adolf Hitlerə, Ernesto Çe Qevaraya, Nikolaye Çauşeskuya, Müəmmar Qəddafiyə, Aleksandr Lukaşenkoya, Kim Çen Ina və digər liderlərə, Azərbaycandan isə mərhum Şah İsmayıl Xətaiyə, Nadir Şaha, müasirlərimizdən isə Mir Cəfər Bağırovun ünvanına həqiqətə uyğun olmayan qara ləkələr yaxır, onları bəşəriyyətin murdar insanları kimi təqdim edirlər…

Adları çəkilən dahilərə, liderlərə atılan böhtanlara, damğalara ardıcıllıqla nəzər yetirək.

Məhəmməd peyğəmbərə pedofil, qəsbkar; A.Hitlerə sonsuz, passiv homoseksual, sodomazaxist, milliyətçə  yəhudi olması; Çe Qevaraya qan içən avantürist, Çauşeskuya maddiyat düşkünü olan diktator, Qəddafiyə xalqın qanına susamış səhra vəhşisi, Lukaşenkoya Avropanın sonuncu diktatoru, Kim Çen Ina köləlikdən sodomazaxistcəsinə ləzzət alan feodal,  Ş.İ.Xətai ilə Nadir Şahı qardaş qanına susamış şiə fanatları, M.C.Bağırovu isə cəllad böhtan-damğalarını  yağdırırlar.

Ona görə də tarixi şəxsiyyətlər haqqında danışdıqda, araşdırma apararaq mütaliyə etdikdə, onların liderlik dühalarını təbliğ edən zaman mütləq “tanıdığımız” və “tanımadığımız” sözlərini qeyd etməliyik.

Mən deist olsam da Məhəmmədi dahi şəxsiyyət hesab edir, qarşısında baş əyirəm. Çünki səhrada yaşayan, gününü eyş-işrət, əyyaşlıqla keçirən, qız uşaqlarını diri-diri məzara gömən vəhşi bədəvi ərəblərə yeni ideologiya olan İslam ətrafında birləşdirərək sivil insanlar kimi yaşamağı və inkişaf etməyi öyrətdi. Eyni  zamanda dövrünə görə  ən güclü dövlət olan Ərəb Xilafətini qurdu. Məhz zarafat deyil ki, bizlərə “sivilizasiyanın avanqardı” olan Avropaya yuyunma mədəniyyətini,  təmizliyi, paklığı,  şahmat oyununu gətirən; memarlığa;  astronomiya, cəbr, həndəsə, kimya, tibb və digər elmlərə əvəzsiz tövfələr verən məhz Məhəmmədin gətirdiyi İslamdan sonra yetişən ərəb alimlər idi. Onlardan Yusif ibn İbrahim, Əhməd ibn İbrahim, Əbu – s – Salt, Əl-Batan, Əbu İshaq əl – Bitruci, Cabir ibn Xəyya, Əl-Məsudi, Əl – Kindi, İbn – Haldun, Asirudiin əl- Abxari, İbn Vaxşiya, İbn ən – Nəfis  eləcə də, adlarını çəkmədiyim onlarla astronomiya, riyaziyyat, fəlsəfə, kimya, coğrafiya, tibb, təbabət üzrə alimlər.

Bernard Şou, Lev Tolstoy, Otto fon Bismark, Anni Bezant, İohan Volfqanq Höte, Qustav Lebon və digərlərinin Məhəmmədin şəxsiyyətinin ucalığı barədə ibrətamiz deyimləri var. Həmçinin uzun müddət tarixi şəxsiyyətlərlə bağlı tədqiqatlar aparmış Maykl Hart “Dünyanın 100 mötəbər insanı” kitabında Məhəmməd haqqında çox zəngin, tarixi faktlara söykənən məlumatlar var. Məhz həmin kitabda o, mötəbər insanlar içərisində flaqmanlıq edir.

Qaldı ki, Məhəmmədin pedofil olmasına bu barədə qəti bir mənbə yoxdu. Əgər onu Aişənin 9 yaşı olan zaman, ailə həyatı qurmasını arqument olaraq gözə soxurlarsa, bu fakt deyil. Çünki mənbələrdə 9-la yanaşı 15, 17 yaşlar da göstərilir. Lap deyək ki, 9 yaşında evlənib. Məgər evlənmək zorakılıqdı?! Ikincisi də, hər millət öz  genetikasına, iqliminə uyğun  yetişmək və formalaşmaq kimi xüsusiyyəti vardır. O dövrün 9-15 yaş arası olan Afrika qitəsindəki və Ərəb yarımadasındakı qızların cinsi yetişkənliyi, orqanizmləri indiki 18-25 yaş arasındakı yetişkən qızlar kimi idi. Uzağa niyə gedirik ki, nənələrimiz də 12,13,14,15 yaşlarında ərə gediblər. Gəlin onların dünyaya gətirdiyi uşaqlarla, indiki 22-30 yaş arası olan qadınların dünyaya gətirdiyi uşaqları müqayisə edək. Hələ 22-30 yaş arası qadınların doğuş zamanı vəfat etməsi, “kesırka” əməliyyatları ilə uşaq dünyaya gətirmə hallarının çoxalmasından danışmıram. Doğrudur, bu məsələdə bəzi həkimlərimizin şərəf ləyaqəti, vicdanı olmayan, rüşvətxor,  ağ xələtli  cəlladlıq kimi xüsusiyyətlərə malik olması əsas götürülsə də qadın-qızlarımızın genetik xüsusiyyətlərinin dəyişməsi, zəifləməsi də az deyil. Həmçinin onu da qeyd edim ki, evli olan 25,26,27 yaşlı “xanımlar” var nə mənəvi, nə psixoloji, nə də fiziki olaraq uşaq dünyaya gətirməyə qorxur. Subay qızların isə hələ milli-mənəvi dəyərlərə bağlı (istisnalar var) olanlarının içərisində ana olma istəkləri heç ilk beşlikdə deyil…

Bugün vətəndaşlarımız içərisində İslam dininə etiqad edən, Məhəmməd peyğəmbəri özləri üçün  örnək seçən çox saylı insanlar var. Lakin buna baxmayaraq, xalqımızın milli-mənəvi dəyərlərinə üz çevirərək, onun məhvinə çalışan eləcə də, bizlərə “müasirlik”, “multikulturalizm”, “tolerantlıq” kimi şüarlarla bağıraraq homoseksualizm, hər yerdə azad seks, ailə institutunun dağıdılması, abortların, eynicinslər arasında nikahın, zofiliyanın, narkotik vasitələrdən istifadənin və s. leqallaşdırılması; məktəbəqədər uşaq evlərində və ibtidai siniflərdə uşaqlara homoseksualizmi, onu normal bir yaşam tərzi olması kimi iyrəncliklərin təbliğini edirlər. Əlavə olaraq onu da qeyd edək ki, başda İsveç olmaqla bütün Skandinav, eləcə də digər Avropa ölkələrində uşaqları onların cinslərinə uyğun çağırılmasını, tərbiyə edilməsini və s. qadağandı. Avropalı “sosioloq”, “psixoloqlarının” “liberal”, “demokrat” siyasətçilərin” düşüncəsinə görə uşaqları bu cür çağırmaq onları natamamlıq kompleksinə və digər düzgün olmayan inkişaflara gətirir çıxarır. Bu “ağıllılar” qeyd edirlər ki, uşaq yetkinlik yaşına çatdıqdan sonra, özləri şüurlu şəkildə hansı cinsə aid olduqlarını yəqin etməlidirlər. Buyurun, bu da Avropanın insanlığa gətirdiyi “humanizm”…

Bu kateqoriyada olan ikiayaqlılar o qədər harınlayıb ki, artıq heç nədən çəkinmədən deyirlər: ata-babalarımız pedofil olub. Onlar uşaq yaşda qızları ərə verir, qızları yaşında uşaqları zorla özləri üçün arvad edirdilər. Bu cür hallar Azərbaycanda və bütün müsəlman ölkələrində  hər zaman üz qarası olub, yenə də olmaqdadır.

İndi isə Avropanı hər zaman inkişaf, müasirlik, qadın hüquqları keşikçisi; bizləri isə geridə qalmış, vəhşi, pedofil hesab edənlərə öz örnək götürdükləri Avropanın gerçək tarixindən faktları misal gətirəcəm.

3-cü Somerset qrafı olan Con Bofortun qızı  Marqaret Bofort (1443-1509) ilk dəfə 7 yaşında Saffolk hersoqu olan Con de la Pola ərə verilir. Lakin bu nikaha 3 il sonra xitam verilir. 12 yaşında Marqareti Tüdorlar sülaləsindən olan 1-ci Riçmond qrafı Edmond Tüdora ərə verilir. Bu izdivac nəticəsində gələcək İngiltərə  kralı VII Henri  dünyaya gəlir.

Fransa kralı olmuş V Filipin qızı III Janna Fransalı (1308-1347) 10 yaşında özündən 13 yaş böyük olan Burqundiya hersoqu IV Edə ərə verilib.

Svorç sülaləsinin ən qan içən nümayəndəsi olan Milan hersoqu Qaleaço Mariya Svorçun qeyri-qanuni qızı Katerina Svorç (1463-1509) da 10 yaşında  Roma papası IV Sikstin qohumu olan kilsə kapitan-generalı Cirolamo Riarioya ərə verilib.

Savoyi qraflığının hersoqu olan II Filipp  Savoyskinin qızı Luiza Savoyskaya (1476-1531) 11 yaşında Anqulem qrafı Karl Orleanskiyə ərə verilib. Bu izdivac nəticəsində gələcək Fransa kralı olan I Fransisk dünyaya gəlir.

Hereford qraflığını idarə edən Boqunlar sülaləsindən olan Mariya de Boqun (1368-1394) 12 yaşında İngiltərə kralı IV Henriyə ərə verilir. O, eyni zaman da kral V Henrinin anası idi.

Milan hökmdarı olan II Qaleaço Viskonti 30 yaşında olanda 13 yaşlı Byanka Savoski (1337-1387) ilə ailə həyatı qurur.

İngiltərə kralı I Eduard Kastiliya kralı III Fernandonun 13 yaşlı qızı Elyanora Kastilskaya (1241-1290) ilə ailə həyatı qurur. Bu izdivacdan kral II Eduard dünyaya gəlir.

Macarıstan kralı Matiyaj Korvin Çexiya kralı Podebradlı Yirjinin 13 yaşlı qızı Katerina Pobedralı (1449-1464)  ilə ailə həyatı qurur.

Edam olunan məşhur Fransız Kraliçası Mariya Antuanetta (1755-1792) gələcək Fransa kralı olan XVI Lüdovikə 15 yaşında ərə verilib.

Misallar gətirməklə davam edə bilərəm, amma lüzum görmürəm. Sadəcə onu demək istəyirəm ki, əgər krallar, hersoqlar, qraflar qızlarınını 10-15 yaş aralığında  ərə verirdilərsə, böyük ehtimal sadə avropalılar 10 yaşa qədər qızlarını ərə verirdilər. Görəsən, Şərq sivilizasiyası, İslam dinini, onun peyğəmbərini, Azərbaycanın ən qeyrətli, namuslu, mərd kişilərini pedofil adlandıranların kralların az yaşlı arvadlarından xəbəri varmı?! Qəribə bir tendensiya yaranıb, hər nə pislik varsa Şərqlə, İslamla bağlanılır.

Hər hansısa Azərbaycan türkü, müsəlman kişisi 14-15 yaşlı qızla ailə həyatı quranda və ya fahişəxanaya gedərək 15-18  yaşlı fahişələrlə yaxınlıq edəndə pedofiliya, zorakılıq olur, amma bu cür yüzlərlə faktlar Avropanın məktəblərində, uşaq evlərində, kilsələrdə,  qadın monastırlarında, hətta ailə daxilində incest münasibət baş verəndə, nə üçün isə ya seçim azadlığı, ya müasirlik kimi qəbul olunur;  ya da susulur və  ya  təkzib edilir…

Məsələn Norveçdə incest münasibətə görə cinayət işi yoxdur. Norveçdə incest ölkənin nikah haqqında müvafiq qanununda göstərilən 30 nikahdan biri hesab edilir.  Hollandiyada da buna oxşar qanun var. Belə ki, bacı-qardaş arasında incest münasibət qanunla qadağan deyil, əgər tərəflər arasında yaş fərqi 8 dən çox deyilsə və qarşılıqlı razıdırlarsa. Belçika, Fransa, Portuqaliya, kimi dövlətlərdə də incest münasibətə görə çinayət məsuliyyəti yoxdur.

Norveçdə isə xüsusi qanunlar var. Aşağıdakı hallarda uşaqı valideyn himayəsindən məhrum edirlər:

  • uşağı dərs oxumağa məcbur etdikdə;
  • uşağın üstünə qışqıranda və onu yavaşca da olsa vurduqda;
  • əgər uşaq 7 yaşına çatıbsa və valideyn ona masturbasiya etməyi öyrətməyibsə;
  • eləcə də, uşaqlara homoseksuallıq haqqında hər hansı mənfi ifadə bildirdikdə.

Buyurun, bu da müasir Avropa Skandinav modeli, insan hüquqları necə də “gözəl” qorunur…

Bu dediklərim uydurma, deyil. Elə bu cür mənəvi terrora məruz qalan insanların əksəriyyəti imiqrantlardı. Onlardan biri də vaxtı ilə Norveçə köçmüş rus əsilli İrina Bergesdir. Hansı ki, onun  iki övladı yuxarıda qeyd edilən bəndlərə görə, əlindən alınıb, özü isə  deportasiya edilib. Sonralar övladlarından birini polşalı dedektivlərin səyi nəticəsində uşaq “evindən” qaçırmaq mümkün olsa da, digər uşaq hələ də anasından qoparılaraq uşaq “konslagerində” saxlanılır.

Yazdığımın yalan olmadığına inanmanız üçün aşağıdakı linki qeyd edirəm:

https://politikus.ru/articles/27276-norvegiya-strana-totalnoy-sodomii-pedofilii-i-yuvenalnoy-yusticii.html

Bu cür pisliklərlə mübarizə aparanları geridə qalmış, vəhşi, mühavizəkar, qeyri-hümanist, insanlıq və bəşər düşməni kimi qələmə verir. Amma məsələ yalnız bununla bitmir. Belə ki, yuxarıda söhbət açdığım “müasirliyi” tənqid edən şəxslərə cinayət işi qaldırılaraq, cərimə, şərti məhkumluq, azadlıqdan məhrum etmə kimi cəzalar təyin edilir. Buna misal olaraq İsveçi qeyd etmək olar. Adı çəkilən ölkənin müvafiq qanununa görə, əgər kimsə sadəcə olaraq “mən homoseksuallığı qəbul etmirəm”, “bu düzgün deyil” kimi ifadələrlə fikir və söz azadlığına ifadə edəndə, həmin şəxs dərhal cərimə olunur. Eyni ilə bu ölkədə Kilsə eynicinslər arasında nikah bağlamamaq kimi seçimi yoxdur. Hər hansı kilsə ona müraciət edən homoseksual cütlüyün istəyini yerinə yetirmirsə, cərimə olunur. Ikinci dəfə belə hal baş verərsə, kilsənin dərhal fəaliyyətinə son qoyulur.

Rusiyada bu cür hallarla mübarizə, dezinformasiya sahəsində kəskin şəkildə mübarizə gedir. O verilişlərdən biri olan “Strategiya və taktika” analitik informasiya proqramının  aparıcısı, ictimai xadim, publisist Konstantin Duşenovun “Avropa uşaqları niyə məhv edir? mövzusunda çox gözəl vurğuladığı ifadəni qeyd etmək yerinə düşər: “Avropada əhalinin azalması, homoseksualizmin, qeyri-ənənəvi ailə institunun yaradılması, inkişafı və s. bu kimi halların baş verməsini anlamaq üçün həmin region dövlətlərinin birinci şəxslərinin həyatlarına, ailə vəziyyətinə nəzər yetirin:

  • Fransa Prezidenti Emanuel Makron – övladsız;
  • Böyük Britaniyanın Baş naziri Tereza Mey – övladsız;
  • Almaniya Kansleri Angela Merkel – övladsız;
  • İtaliya Baş naziri Paolo Centiloni – övladsız;
  • Hollandiya Baş naziri Mark Rütte – övladsız;
  • İsveç Baş naziri Stefan Löven – övladsız;
  • Şotlandiya Baş naziri Nikola Stercen – övladsız;
  • Lüksemburqun Baş naziri Klavye Bettel – homoseksual;
  • Avropa Komissiyasının Prezidenti Jan Klod Yunker – övladsız.

Daha sonra o, qeyd edir, “məhz bu cür siyasi rəhbərlər bəşəriyət üçün “gözəl” inkişaf, firavan həyat, insan hüquqlarının aliliyini “uca” tutmağa səsləyir. Bu Avrosatanizm və Liberal-faşizmdən başqa bir şey deyil”

K.Duşenov analizlərində təmamilə haqlıdı. Bu cür zorakılıqlara “fikir azadlığı”, “sərbəstlik”, “tolerantlıq”, “liberalism”, “demokratiya” kimi şüarlarla haqq qazandırmaq zorakılığı leqallaşdırmaq və insanlığı degeneratlaşdıraraq məhvə sürükləməkdi.

Ardı var…

 

Abdulla İsmayıloğlu

Scroll Up