Balaxanı şosesi Ziya Bünyadov prospekti ilə birləşəcək

print
Bakıda daha bir magistral yol layihəsi reallaşacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Məlumata görə, həmin yol Böyükşor gölünün kompleks bərpası layihəsi çərçivəsində gölün iki hissəyə bölünməsi məqsədilə çəkilən 1570 metr uzunluğunda bəndin üzərindən keçəcək.

8 xətli magistral yol paytaxtın Ziya Bünyadov prospekti ilə Balaxanı şosesini birləşdirəcək.

Qeyd edək ki, yolun uzunluğu 2 km olacaq.

Scroll Up