Yüklənir

Gözləyin

Terakt törədən İŞİD-çi məhv edildi – Fransada (Yenilənib)

print
Fransanın Treb şəhərində supermarketə hücum etmiş terrorçu öldürülüb.

Bu barədə Fransanın daxili işlər naziri Jerar Kolon öz “Twitter” səhifəsində yazıb. O bildirib ki, insanları girov götürmüş terrorçu güllələnib.

Danışıqlar nəticə vermədikdən sonra xüsusi təyinatlı dəstələr əməliyyat keçirib və terrorçu məhv edilib.

Qeyd edək ki, hadisə zamanı 3 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb. Belə ki, məlumata görə, terrorçu Treb şəhərində silahlı hücum həyata keçirməzdən əvvəl, bir sürücünü qətlə yetirib və onun maşınını qaçırıb.

“O ağ rəngli “Opel” markalı avtomobilin sürücüsünə başından atəş açıb. Həmin maşında supermarketə yollanıb və daha iki nəfəri qətlə yetirib, bir qrup insanı girov saxlayıb”, – deyə məlumatda qeyd olunur.

Terror aktını törədən şəxsin Mərakeş vətəndaşı və radikal dini qruplaşmanın üzvü olduğu bildirilir. Xüsusi xidmət orqanları onun fəaliyyəti barədə məlumatlı olublar.

Məlumata görə, terrorçu bundan öncə Parisdə törədilmiş terror aktının əsas təşkilatçılarından olmuş şəxsin həbsdən azad edilməsini tələb kimi irəli sürüb.

16:52

Fransanın Treb şəhərində silahlı terrorçunun supermarketə hücumu zamanı 2 nəfər ölüb.

Bunu yerli BFM TV-yə açıqlamasında şəhərin meri deyib. Yaralıların 12 nəfər olduğu və bütün girovların azad edildiyi bildirilir.

Hadisəyə görə məsuliyyəti İŞİD öz üzərinə götürüb. “Sky News Arabia” dəqiqləşdirib ki, supermarketə daxil olan terrorçu İŞİD üzvü olduğunu bildirib. O, daha əvvəl qonşu Karkason şəhərində polisləri atəşə tutub, nəticədə 1 polis əməkdaşı yaralanıb.

Fransanın daxili işlər naziri Jerar Kolon hadisə yerinə gedəcəyini açıqlayıb. Prokurorluq fakt üzrə terrorçuluq maddəsi ilə təhqiqata başlayıb.

15:57

Fransanın cənubundakı Karkason şəhərində naməlum şəxs xüsusi xidmət orqanı əməkdaşlarına atəş açıb.

İnsident xüsusi təyinatlıların məşqi zamanı baş verib. Nəticədə bir nəfər yaralanıb.

Bundan başqa, polis Od departamentində insanların girovluqdan azad olunması üçün supermarketin yerləşdiyi ərazini mühasirəyə alıb.

15:25

Fransada silahlı şəxs supermarketə hücum edib və bir neçə nəfəri girov götürüb.

Hadisə ölkənin cənub-qərbində baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb.

Həmin silahlı şəxs özünün terrorçu İŞİD quruplaşmasının üzvü olduğunu bildirib.

Əraziyə polis qüvvələri göndərilib. Girovların azad olunması üçün əməliyyat keçirilir. (Virtualaz.org)

Scroll Up