Yüklənir

Gözləyin

Messi: Dünya kubokunu qazanmasaq, milli karyeramı bitirəcəm

print
Lionel Messi Dünya çempionatından sonra milli karyerasını bitirə bilər.
Bu barədə argentinalı futbolçu özü məlumat verib.
“Milli komanda ilə uduzduğumuz matçlardan, finallardan sonra bir neçə dəfə ölkəmdəki insanların arzularını həyata keçirə bilmədiyim üçün ağlamışam. Rusiyada kuboku qazana bilməsək, ən yaxşısı milli karyeramı bitirmək olacaq. Arzum Rusiyada Dünya çempionu olmaqdır” deyə Messi bildirib.
Qeyd edək ki, Argentina bu ilin iyun-iyul aylarında Rusiyada keçiriləcək “DÇ-2018″də Xorvatiya, İslandiya və Nigeriya ilə birlikdə D qrupunda mübarizə aparacaq. (Qaynarinfo)
Scroll Up