Yüklənir

Gözləyin

Fransanın sabiq prezidenti həbs olundu

print
Fransanın sabiq prezidenti Nikola Sarkozi saxlanılıb.
O, 2007-ci ildə keçirilən prezident seçkiləri zamanı Liviyadan qeyri-qanuni maliyyə dəstəyi almaqda ittiham edilir.
Faktla bağlı cinayət işi açılıb. Məlumata görə, 2007-2012-ci illərdə Fransa prezidenti olan Sarkozi hazırda polis tərəfindən dindirilir.

Xatırladaq ki, Sarkoziyə qarşı cinayət işi ilk dəfə 2012-ci ildə açılıb. Bir müddət sonra kifayət qədər dəlillərin toplanması ilə bağlı olaraq təhqiqat dayandırılıb. Lakin 2017-ci ildə Fransa məhkəməsi Sarkoziyə qarşı yeni ittihamlar irəli sürüb və araşdırmanı bərpa edib.

Müstəntiqlər hazırda Sarkozinin 2-ci müddəti üçün namizədliyini irəli sürdüyü və Fransua Ollanda uduzduğu 2012-ci il seçki kampaniyasını da yoxlamağa başlayıblar.

Xəbərdə Sarkozinin Liviyadan rüşvət aldığı ilə bağlı informasiyanın ilk dəfə 2012-ci ilin mayında, “Mediapart” saytında çıxdığı xatırladılır.

Qəzzafi dövründə Fransa və Liviya arasında vasitəçiliyi yerinə yetirən iş adamı Ziya Takeddin 2006-2007-ci illərdə şəxsən özü tərəfindən Tripolidən (Liviyanın paytaxtı) Parisə çamadanlarla 5 milyon avronu nağd olaraq Nikola Sarkoziyə və onun yaxın adamı, keçmiş daxili işlər naziri, həmçinin 2007-2011-ci illərdə prezident administrasiyasının rəhbəri Kold Geana təslim etdiyini bildirmişdi.

Image result for sarkozi və qəzzafi

Bundan daha öncə, Qəzzafi dövrünün hərbi kəşfiyyat idarəsinin rəhbəri Abdullah Sanussi də 2012-ci ilin sentyabrında bənzər iddiaları təsdiqləmişdi.

Bu hələ son deyil. Liviyanın keçmiş neft naziri, 2012-ci ildə naməlum səbəblərdən dünyasını dəyişən Çukri Qanemin də sonradan ortaya çıxarılan gündəliklərində Sarkoziyə verilən rüşvətlərdən bəhs edilir.

Qəzzafinin şəxsi xəzinədarı, bu yaxınlarda Cənubi Afrika Respublikasının şəhəri Yohannesburqda silahlı hücuma məruz qalan Bəşir Saleh də “Le Monde” qəzetinə bu cümlələri sərf etmişdi: “Mən Qəzzafini şəxsən Sarkoziyə pul verdiyini dediyini eşitimişəm. Sarkozi isə bunu inkar edir. Lakin mən Sarkoziyə deyil, Qəzzafiyə inanıram”.

Fransanın Korrupsiya, maliyyə və vergi cinayətlərinə qarşı mərkəzi idarəsinin əməkdaşları məhkəməyə Sarkozini kampaniyasına verilən rüşvətlərlə bağlı sənədləri məhkəməyə təqdim ediblər.

Hüquq mühafizə orqanları Bəşir Salehin yaxın adamı Aleksandr Curi vasitəsilə bu pulların yuyulduğunu iddia edirlər. Aleksandr Curi hazırda Londonda həbsdədir və Fransaya ekstradisiya edilməsi gözlənilir.

Fransa polisi hələ 2015-ci ildə onun İsveçrədəki evində axtarış apararaq olduqca mühüm sənədləri ələ keçirmişdi.

“Le Monde” Qəzzafi dövründə yüksək vəzifələrdə çalışan başqa məmurların da Sarkoziyə qaşrı ifadə verə biləcəyini qeyd edir.

Scroll Up