Loading

wait a moment

Həftəyə 1 milyon: Neymar PSJ-yə şərt qoydu

print
Braziliyalı ulduz futbolçu Neymar PSJ klubuna şərt qoyub.

“Sunday Times”a istinadən xəbər verilir ki, hücumçu Paris klubunda qalması üçün maaşının artırılmasını istəyib. İddiaya görə, Neymar PSJ-dən həftəsinə 1 milyon funt-sterlinq (1,3 milyon avro) tələb edib.

Neymarın Fransada çox darıxdığı da bildirilir. Oyunçunun “5 aydır burdayam, amma 5 ildir kimi hiss edirəm”,-dediyi də vurğulanır.

Qeyd edək ki, Neymar 2017-ci il yay transfer dönəmində 222 milyon avroya “Barselona”dan PSJ-yə keçib. (Qafqazinfo)

Scroll Up