Ərdoğan: Afrində Türkiyə bayrağı dalğalanır – VİDEO+FOTO

print
“Bir xoş xəbəri sizinlə bölüşmək istəyirəm. Afrin şəhər mərkəzi saat 08.30 radələrində Türkiyə ordusunun dəstəyi ilə Azad Suriya Ordusu tərəfindən nəzarətə götürülüb”.
Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Çanaqqala zəfərinin 103 illiyinə həsr edilmiş mərasimdə çıxış edən prezident Afrində artıq Türkiyə bayrağının dalğalandığını açıqlayıb:
“Afrində artıq terror təşkilatının bez parçası yox, hüzur və güvənin simvolları dalğalanır. Bu anda orada Türkiyənin, Azad Suriya Ordusunun bayrağı dalğalanır. Qəhrəman əsgərlərimizə təşəkkür edirəm. Ölkələrinin gələcəyi üçün mübarizə aparan Azad Suriya Ordusuna minnətdaram. Terrorçularla mübarizə apararkən bölgəni yaşana bilər hala gətirmək üçün bütün addımları atacağıq”. (Qaynarinfo)



















Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up