Çempionlar Liqasının və Avropa Liqasının püşkü atıldı – Siyahı

print
Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb.
İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə 4 cütlük müəyyənləşib.
Püşk İngiltərənin iki təmsilçisini – “Liverpul”la “Mançester Siti”ni üz-üzə qoyub. Bu mərhələdə iki İspaniya – İtaliya qarşılaşması baş tutacaq. Belə ki, “Barselona” “Roma”nı, “Real” “Yuventus”u sınağa çəkəcək. “Sevilya” isə “Bavariya”ya rəqib olub.
Qeyd edək ki, 1/4 finalın ilk oyunları 3-4 aprel, cavab matçları ilə 10-11 aprel tarixlərində keçiriləcək.
Çempionlar Liqası
1/4 final
Barselona (İspaniya) – Roma (İtaliya)
Sevilya (İspaniya) – Bavariya (Almaniya)
Yuventus (İtaliya) – Real (İspaniya)
Liverpul (İngiltərə) – Mançester Siti (İngiltərə)
***
Avropa Liqasının 1/4 final mərhələsinin püşkü atılıb.
İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə 4 cütlük müəyyənləşib.
Moskva ÇSKA-sı “Arsenal”a rəqib olub. Püşk Almaniyanın “Leypziq” klubu ilə “Marsel”i üz-üzə qoyub. “Qarabağ”ın Çempionlar Liqasında iki heç-heçə etdiyi “Atletiko” Portuqaliya “Sportinq”i, “Latsio” Dortmund “Borussiya”sının mübarizədən kənarlaşdıran Avstriya “Zalsburq”u ilə qarşılaşacaq.
Qeyd edək ki, 1/4 finalın ilk oyunları 5, cavab matçları ilə 12 aprel tarixlərində keçiriləcək.
Avropa Liqası
1/4 final
 
Leypziq (Almaniya) – Marsel (Fransa)
Arsenal (İngiltərə) – ÇSKA (Rusiya)
Atletiko (İspaniya) – Sportinq (Portuqaliya)
Latsio (İtaliya) – Zalsburq (Avstriya) – (Qaynarinfo)

Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up