“Barselona” klubu “Çelsi”ni məğlub etdi – Yenilənib

print
Çempionlar Liqasının 1/8 final mərhələsində sonuncu cavab oyunu keçirilir.

“Barselona” ilk matçda 1-1 bitən matçın revanşında “Çelsi”ni qəbul edir.

***

Matçda sürətli başlayan “Barselona” erkən qol vurub. Lionel Messi 3-cü dəqiqədə komandasını hesabda önə çıxarıb.

***

Qoldan sonra nisbətən geri çəkilən “Barselona” 20-ci dəqiqədə mərkəzdə rəqibin top itirməsindən sonra ani hücumla 2-ci qolu vurub.Topu rəqiblərindən “oğurlayan” Messi sürətli reydlə irəliləyib və topu Dembeleyə ötürüb. Dembele isə əlində düşən şansdan maksimum yararlanıb – 2:0.

***

63-cü dəqiqədə Lionel Messi özünün ikinci, komandasının isə üçüncü qoluna imza atıb.

***

Matçda başqa qol vurulmayıb və “Barselona” 3-0 hesabı ilə qalib gəlib. Beləliklə, 1/4 finala son vəsiqənin sahibi “Barselona” olub. (Qafqazinfo)


Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up