Türkiyə Ordusu Afrində daha 12 kəndi azad etdi – Yenilənib

print
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu bu gün ərzində Afrində daha 12 kəndi terrorçulardan azad edib.

Bu barədə Türkiyənin Baş Qərargahı məlumat yayıb.

Beləliklə, Afrində terrorçulardan təmizlənən yaşayış məntəqələrinin sayı 201-ə çatıb.

Xatırladaq ki, bundan əvvəl yayılan məlumatda “Zeytun budağı” əməliyyatı çərçivəsində indiyədək 3444 terrorçunun məhv edildiyi açıqlanmışdı.

 

10:38

 

Türkiyə Ordusunun Suriyanın Afrin bölgəsində zərərsizləşdirdiyi terrorçuların sayı 3400 nəfərə çatıb.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Zeytun budağı” əməliyyatının başlanğıcından bu günə kimi Afrində 3400 terrorçu zərərsizləşdirilib”, – deyə Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə Hərbi Qüvvələri heç vaxt dinc sakinləri hədəf seçməyiblər.

“Əgər Türkiyə Hərbi Qüvvələri dinc sakinlərin təhlükəsizliyinin qayğısına qalmasaydı, Afrin çoxdan alınmışdı”, – deyə Türkiyə prezidenti vurğulayıb.

Xatırladaq ki, Türkiyə Hərbi Qüvvələri Afrində “Zeytun budağı” əməliyyatına bu ilin 20 yanvarında başlayıb. Əməliyyatda məqsəd bölgəni PKK-nın Suriya qolu olan PYD terrorçularından təmizləməkdir. (Report)

Scroll Up