Loading

wait a moment

“Azərbaycan ədəbiyyatı antologiyası” qazax dilində çapa hazırlanır

print
Beynəlxalq Türk Akademiyası (TWESCO) “Azərbaycan ədəbiyyatı antologiyasının” qazax dilində nəşrini həyata keçirir.

Bu barədə Qazaxıstanın Astana şəhərində jurnalistlərə verdiyi brifinqdə TWESCO prezidenti Darxan Kıdırali məlumat verib.

“Azərbaycan ədəbiyyatı antologiyası” layihəsində 20-dək azərbaycanlı şair və yazıçının qazaxcaya tərcümə olunmuş əsərləri yer alır.  Akademiya rəhbərinin sözlərinə görə, TWESCO-nun həyata keçirdiyi Türk dünyası ədəbiyyatı antologiyası seriyasından ilk olaraq, “Azərbaycan ədəbiyyatı antologiyası”nı çap ediləcək.

Kitabda Nizami Gəncəvi, Məhəmməd Füzuli, Nəsimi, Vaqif, Mirzə Fətəli Axundov, Sabir, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Mir Cəlal Paşayev, Məmməd Araz və digər ədiblərin seçilmiş əsərləri yer alır.

Eyni zamanda, bu il böyük qırğız yazıçısı Çingiz Aytmatovun 90, tanınmış qazax şairin Mağjan Jumabayın 125, cədidçilik cərəyanının banilərindən biri Şəhabəttin Mərcaninin 200 illik yubileylərini, nüfuzlu rusiyalı türkoloq Vilhelm Radlofun ölümünün 100-cü ildönümünü nəzərə alaraq, 2018-ci il Akademiya tərəfindən “Mağcan, Mərcani və Radlof ili” olaraq qeyd olunacaq, onlarla bağlı silsilə tədbirlər həyata keçiriləcək.

Scroll Up