Kiyevdə güləşçilərimiz 9 qızıl, 6 gümüş və 4 bürünc medal qazandı

print
Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XXII beynəlxalq turnir başa çatıb.

37 ölkədən 500-dək idmançının iştirak etdiyi turnirdə yığma komandamızın üzvləri 9 qızıl, 6 gümüş və 4 bürünc medal qazanıb.

Yunan-Roma güləşi üzrə yığmamız turniri 4 qızıl, 2 gümüş  və 2 bürünc medalla başa vurub. Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Rafiq Hüseynov (82 kq) bütün rəqiblərindən üstün olaraq turnirin qızıl medalını qazanıb.

İslam Abbasov (87 kq) və Sabah Şəriəti (130 kq) isə yalnız final görüşündə uduzaraq gümüş medalla kifayətlənib.

Elvin Mürsəliyev (82 kq) və Orxan Nuriyev (97 kq) turnirin bürünc medalını qazanıb.

Sərbəst güləşçilərimiz ümumilikdə 4 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıb. Georgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Şərif Şərifov (92 kq) və Nurməhəmməd Hacıyev (97 kq) bütün rəqiblərindən üstün olub.

Hacı Əliyev (65 kq), Murtuz Müslümov (70 kq) və Cəbrayıl Həsənov (79 kq) turnirin gümüş medalına sahib olub.

Bürünc medalı isə yığmamıza Əfqan Xaşalov (57 kq) qazandırıb.

Qadın güləşçilərimiz turnirdə 1 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edib. Tatyana Omelçenko (62 kq) bütün rəqiblərini üstələyərək turnirin qızıl medalına sahib olub.

Yalnız final görüşündə uduzan İrina Netreba (65 kq) gümüş medalla kifayətlənib.

Alyona Kolesnik (57 kq) isə bürünc medal qazanıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Bəşir İsazadə təmsil edib.


Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up